Tarix : 2011 Aug 12
Kod 24694

Sionist rejim fələstinliləri Məscidül Əqsaya buraxmır

Sionist rejim Məscidül Əqsada namaz qılmağa gələn gənc fələstinlilərin bu məscidə girmələrini əngəlləyib
well/Aran agentliyi

 

Sionist rejim Məscidül Əqsada namaz qılmağa gələn gənc fələstinlilərin bu məscidə girmələrini əngəlləyib.

Müxbirimizin verdiyi məlumata əsasən, mübarək Ramazan ayının ikinci cüməsinin gəlib çatması ilə eyni zamanda İordan Çayının Qərb Sahilində Fələstinin işğal olunmuş sərhədləri yaxınlığında fələstinli vətəndaşlardan on minlərlə nəfəri cümə namazı mərasimində iştirak ediblər.

Eyni halda, sionist rejim həm Beytül Müqəddəsin içərisi həm də onun yaxınlığında olan şəhərlərdə təhlükəsizlik tədbirləri həyata keçirib yaşı 45-50 dən aşağı olan fələstinli kişilər və qadınların cümə namazı mərasimində iştirak etməsinə imkan verməyiblər.

Qeyd edək ki, sionist rejim ordusunun əsas buraxılışı-yoxlama postlarında yəni cənub və şimalda Beyt Ləhm və Qələndiyyə də minlərlə fələstinli sərhəd keçid yolunda cümə namazında iştirak üçün uzun sıralar təşkil etmişdi.

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 12