well/Aran agentliyi
İşğalçı rejimin radiosunun əl-Əqsa məscidində Cümə namazına kişilərin 40, qadınların isə 30 yaşdan yuxarı olanlarını buraxılacaqlarını bildirməsinə baxmayaraq bu gün Cümə namazında bu yaş senzi kişilər üçün 50, qadınlar üçün isə 45 olmuşdur.
Həmçinin "təhlükəsizlik tədbirləri" çərçivəsində Qüds şəhərinin əl-Əqsa məscidinə bitişik küçələri güclü nəzarətə götürülmüşdü ki, məscidə axışan kütlənin qarşısı alınsın. Çünki qabaqcadan xəbər verilmişdi ki, digər bölgələrdən 200 avtobus adam namazda iştirak üçüm əl-Əqsa məscidinə gəlmək niyyətindədir.
Bütün bu tədbirlərə baxmayaraq minlərlə fələstinli Cümə namazında iştirak etmək üçün məscidə daxil ola biliblər. Bundan başqa yüzlərlə fələstinli sübh namazını məscidin həyətində qıldıqdan sonra məscidi tərk etməyiblər ki, Cümə namazında iştirak etsinlər.