Tarix : 2011 Aug 14
Kod 24716

VƏKİL MTN-nin YAYDIĞI BƏYANATI ZİDDİYYƏTLİ ADLANDIRDI

Vəkil Elçin Namazov MTN və Baş Prokurorluğun yaydığı bəyanatı cəfəng adlandırdı
well/Aran agentliyi

 

Bu gün səhər Respublika Baş Prokurorluğu və MTN həbs olunan islamçılarla bağlı bəyanat vermişdi.  Artıq bəyanatla bağlı müdafiə tərfi öz etirazını bildirib. Müdafiə tərəfinin vəkili Elçin Namazov MTN və Baş Prokurorluq tərəfindən verilən bəyanatın tam olaraq yalan olduğunu qeyd edərək, həbs olunan şəxslərin yalnız iki maddə ilə ittiham olunduğunu bildirib.

“Həbs olunan şəxslərlə bağlı MTN və Baş Prokurorluq açıqlama yayıb. Həmin bəyanat tamamilə yalan və cəfəngiyyatdır. Hazırda həbs olunan şəxslər bəyanatda deyilən maddələrin heç birinə uyğun olaraq ittiham olunmurlar. İstintaq materillarının içərisində deyilən ittihamlar barədə heç nə yoxdur. Biz məhkəmə prosesində də bu məsələni qaldırdıq ki, Ramin Bayramovun ittiham olunduqları maddələri desinlər. Məhkəməyə sədrlik edən hakimdə bizim fikirlərimizi təsdiqlədi ki, həbs olunan şəxslər 228.1 və 234.1 maddəsi ilə ittiham olunurlar. Verilən bəyanatda bildirilir ki, guya həmin şəxslər kütləvi iğtişaş törətməkdə, xarici qüvvələrin dəstəyi ilə ölkədə sabitçiliyi pozmaq və.s kimi hallara görə ittiham olunurlar. Lakin hakim Elnur Həsənov və MTN-nin müstəntiqi Elmir Mirzəyev də bizim fikirlərimizi təsdiqlədilər ki, ittiham olunan şəxslər konkret olaraq 228.1 və 234.1 maddəsi ilə ittiham olunurlar. Bəyanatlarda yazılanlarn hamısı yalandır. Müdafiə tərəfi olaraq yayılan bəyanatla bağlı bunu deyə bilərik ki, rəsmi olan bu cür bəyanatlarla  cəmiyyəti çaşdırmaq və bu insanların ictimai müdafiəsinin qarşısını almaq istəyirlər. Bunlar bəyanatla bunu demək istəyirlər ki, cinayət işinin materialını aparıb buna çıxardacağıq. Ölkədə elə bir hüquq sistemi formalaşdırılıb ki, hətta imambalasını belə narkoman çıxarda bilərlər. Yəni belə bir rejim formalaşıb ki, istənilən insana istənilə böhtan otaraq ömürlük azadlıqdan məhrum etmək olar. Hazırda Ramin Bayramovun sxalanıldığı təcridxana çox bərbad vəziyyətdədir. Saxalam şəraiti həddindən artıq pisdir. Təcridxanada adi su əldə etmək belə problemdir. Namaz qılmaq üçün rahat şərait yaradılmır.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 14