Hacı Abgül Sülüymanovun Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən evində Azərbaycan Milli Təhlükəsizlik idarəsinin işçiləri axtarış aparıblar
well/Aran agentliyi
Dünən axşam saat 22:00 radələrində Hacı Abgül Sülüymanovun Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən evində Azərbaycan Milli Təhlükəsizlik idarəsinin işçiləri axtarış aparıblar.
Bu barədə Hacı Abgül Süleymanovun qonşuları məlumat verib.
Verilən məlumatda deyilir ki, axtarışdan bir gün öncə evdə heç kimin olmamasından istifadə edən naməlum şəxslər evə daxil olaraq özləri ilə gətirdiklərini evdə qoyaraq oranı tərk ediblər. Səhəri gün yəni, dünən avqust ayının 12-si axşam saat 22:00 radələrində isə
MTN-nin işçiləri evdə axtarış aparmaq üçün qapını sındıraraq(və ya kəsərək) evə daxil olublar.
Onu da qeyd edək ki, Hacı Abgül həbs edilən gündən yaşadığı bina nəzarətdədir və evə yaxınlaşan hər bir şəxs yoxlanılır.
Evdə MTN işçilərinin nə tapdığını qonşular dəqiq bilməsələr də binanın qarşısında dayanan mülki geyimli şəxslər onlara bildirmişlər ki, Hacı Abgülün evində çox sayda silah-sursat aşkar edilib.
Hacı Abgül barəsində yalan şaiyələr yayan həmən mülki geyimlilər Hacı Abgülün guya vətən xaini olduğunu, narkotik maaddələrinin aludəçisi və satışı ilə məşğul olduğunu hətta Hacı Abgülə ən böyük ləkə yaxaraq onun vəhhabi olması barəsində yalan şaiyələr yaymağa başlayıblar.
Lakin Hacı ilə qonşu olanlar bizimlə söhbətlərində bu böhtanların yalan olduğuna inandıqlarını, Hacı Abgülü qeyrətli və düzgün bir dindar kimi tanıdıqlarını, evdə tapılan silahların ona aid olmadığını və Hacını narkotik istifadəçisi kimi deyil onu narkotiklə mübarizə aparan həqiqi Allah, Peyğəmbər və Əhli-Beyt aşiqi kimi tanıdıqlarını bildirdilər.
Xatırladaq ki, Hacı Abgül Süleymanov Azərbaycanda gedən islamafobiyaya qarşı mübarizə aparan ruhani kimi tanınır.
Azanın yasaqlanması, məscidlərin söküntüsü və hicab qadağasında öz etrazını bildirən və bu özbaşınalığa son qoyulması üçün mübarizəyə qalxan Hacı Abgülə qarşı təzyiqlər daha da güclənmiş, sonda isə onun şərlənərək həbs olunması ilə nəticələnmişdir.
HaqqYolu