Sionist rejim Qüds şəhərini yəhudiləşdirmək, şəhərin demoqrafiyasını dəyişmək istəyir
well/Aran agentliyi
Fələstin Azadlıq Təşkilatının icraçı komitəsi üzvü xəbərdarlıq edib: Sionist rejim Qüds şəhərini yəhudiləşdirmək, şəhərin demoqrafiyasını dəyişmək istəyir.
Əhməd Məcdlani Əl Aləm telekanalı ilə müsahibədə deyib: Sionist rejimin baş naziri Binyamin Netanyahu Qüdsdə minlərlə yaşayış binası tikməklə demək istəyir ki, Qüds məsələsi müzakirələrdən xaric bir məsələdir. İsrail Fələstinin digər yerlərində olduğu kimi Qüdsdə də ev tikə bilər.
Məcdlani həmçini deyib: Son iki ildə açıq-aşkar Qüdsdə şəhərcik və qəsəbələr salınır. Belə ki, bu şəhərciklər Qüds yaxınlığı və şəhərin ərəblər yaşayan hissəsində daha çox müşahidə olunur.
Müsahibəsinin davamında ABŞ-ın sionist rejimlə bağlı mövqeyini tənqid edən Məcdlani deyib: ABŞ-ın Qüdsdə şəhərsalma və qaçqınların vəziyyəti ilə bağlı mövqeyi bu qəsbkar rejimin mövqeyi ilə üst-üstə düşür. Ona görə də Amerikanın bu mövqeyi gülünc görünür.
İşğal olunmuş Fələstin torpaqlarında etiraz aksiyalarının genişləndirilməsi ilə nəticələnən ev bazarında qiymətlərin və məişət xərclərinin artmasının əsas səbəbi şəhərcik salma və Qüdsü yəhudiləşdirməkdir – deyə Məcdlani sözlərini bitirib.