Tarix : 2011 Aug 14
Kod 24722

''Azərbaycanda hüquq mühafizə orqanları hakimiyyəti xalqdan qorumaqla məşğuldur''

Politoloq Zərdüş Əlizadə belə deyib
well/Aran agentliyi

Azərbaycan (AİP) İslam Partiyasının rəhbəri və üzvləri haqsız yerə tutulublar.

Bunu SalamNews-a politoloq Zərdüş Əlizadə bildirib.

O deyib: "Məndə olan məlumata görə, onların o qədər də günahları olmayıb. İslam Partiyasının sədri hicab qadağasına etiraz etdiyi, guya ölkə başçısına qarşı ittihamedici fikirlər səsləndirdiyi üçün həbs olunub. Onu şərləyib həbs ediblər. AİP sədrinin məhkəməsi davam etdiyi bir vaxtda partiyanın digər üzvləri də həbs olunub. Guya onların evində nakotika və silah tapılıb. Amma düşünürəm ki, bu da yersiz ittiham və şər-böhtan xarakterli addımdır”.

Z.Əlizadə bildirib ki, ölkəni, xalqı sevən, insan hüquqlarına və bəşər dəyərlərə hörmət edən vətandaş heç vaxt evində nə silah, nə də narkotika saxlamaz.

Politoloq "İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun da tutulması ilə bağlı narahatlığını bildirib və söyləyib ki, o da eyni faktlarla saxlanılıb. İctimaiyyət hakimiyyət tərəfindən şər və böhtan xarakterli ucuz addımların atılmasını pisləyir.Z.Əlizadənin fikrincə, siyasi səviyyədə bu cür addımların atılması ümumiyyətlə, Azərbaycan xalqına və dövlətinə ciddi ziyan vurur: “Bütün normal inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə hüquq mühafizə orqanları vətandaşların təhlükəsizliyini qoruyur. Azərbaycanda isə hüquq mühafizə orqanları hakimiyyəti xalqdan qorumaqla məşğuldur. Belə addımların atılması cəmiyyətin psixologiyasını korlayır. Ölkədə hüquq mühafizə orqanları nüfuzunu qoruyub saxlamalıdır. Vətandaş onların işinə şübhə ilə yox, inamla yanaşmalıdır”.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 14