Tarix : 2011 Aug 14
Kod 24728

''DİNDARLARI ƏZİN'' ƏMRİ VERİLİB

İslam Radio-televiziya Birliyinin üzvü, Velfecr və KudusTV-nin baş redaktoru Nurəddin Şirinlə müsahibə
well/Aran agentliyi

İslam Radio-televiziya Birliyinin üzvü, Velfecr və KudusTV-nin baş redaktoru Nurəddin Şirinlə müsahibə.

 

-Son hadisələrdən çıxarış nədir, Nurəddin bəy?

 

Bismillahir-rəhmanir-rəhim. İnna lillahi və inna iləyhi raciun. La həvlə və la quvvətə illa billah.

Məscidlər dağıdıldıqdan, azan yasaqlandıqdan, hicaba qadağa qoyulduqdan, bu qadağaya etiraz edən dindarlar şərlənib zidana atıldıqdan, zindanlarda məşəqqətə düçar edildikdən sonra görürük ki, Azərbaycan hökuməti İslama, Allahın mübarək Ramazan ayına, müsəlmanların izzətinə, eləcə də də adi insan haqlarına sayğılı deyil. Bu hadisələrdən sonra Abgül Süleymanov, Ramin Bayramov, Arif Qəniyevin həbsi məni təəccübləndirmədi. Çünki bir yerdə zülm varsa zülmə müqavimət də var və müqavimət göstərənlərin həbsi təbiidir. Bu təkcə Azərbaycana aid məsələ deyil. Dünya boyu minlərcə müsəlmanın həbsxanalarda saxlandığından xəbərdarıq.

Amma son hadisənin özəlliyi bu oldu ki, Bakı rejimi müsəlmanları həbsə almaq kənarında onların şəxsiyyətini əzməyə qərar verdi. Mübarək Ramazan ayında namərd ittihamlarla müşayiət olunan bu həbslər hökumətin kimliyini göstərdi. Dindarlara qarşı ittihamlara öncə əliyevçilər inanmaz. Hətta hakimiyyətin ən sədaqətli tərəfdarları, hakimlər, istintaqçılar, polislər inanmır bu ittihamlara. Bu qədər əsassız, gülünc ittihamların rəsmi bəyanı ən çirkin planlardan danışır. Əliyev hakimiyyəti açıq və rəsmi şəkildə ortaya qoydu ki, haqqını tələb edən dindarlara qarşı fiziki və mənəvi repressiyalara ara verilməyəcək.

 

-Doğrudanmı məhz narkotika ittihamı bu qədər üzücüdür?

 

Tarixin ağrılı səhifələrini varaqlayaq. İmam Zeynəlabidinə (ə) Mədinədə ərz etdilər: “Ey İmam, Sən Kərbəlanı yaşadın, atan Seyyidüşşühədanın (ə), qardaşlarının, əmin Əbülfəzlin (ə) necə şəhid edildiyinə şahid oldun. Necə qətliamlar gördün! Həmin ağrı-acı eyni şiddətlə qəlbində davam edirmi?” İmam (ə) buyurdu: “Kərbəlada atamın cismini doğrayan qılıncların acısını unudaram, amma bizə Kufədə “xaricilər” deyilməsi, üstümüzə torpaq atılmasının acısını unuda bilmərəm!” İmamın (ə) buyuruğundan belə anlaşılır ki, Kərbəlada Yezid muzdurlarının işgəncələrindən də ağırı Kufədə “dindən çıxmışlar” ittihamını eşitməkdir.

Türkiyəli bir müsəlman olaraq Azərbaycandakı qardaşlarıma müraciət edirəm: Doktor Səmədovlar, Taleh Bağırzadələrə ömürlük həbs cəzası versəydilər, səhraya çıxarıb dara çəksəydilər son ittihamdan ağır olmazdı. Rejim son narkotika ittihamı ilə ortaya qoydu ki, dindarların fiziki məhvi son hədəf deyil və o dini kəsimi cəmiyyətə ən aşağı simada tanıtmaq niyyətindədir. Amma yanılırlar. Ağqı-acısı faciəli olsa belə dindara narkotika ittihamı ona olan münasibəti dəyişməz. Bu addım dindar yox, rejimi tanıtdırdı. Bu zülmün müqəddəs Ramazan ayında həyata keçməsi rejimin rəzalətinə sübut oldu. Allahın dəvəti ilə Onun ziyafətinə qatılmış oruc insanlara narkotika ittihamı hətta Firondan Əbu-Süfyanadək zalımların zülmündən də dəhşətlidir...

 

-Ola bilməzmi ki, bu məmur özbaşınalığı olsun?

 

Bəs dövlət hara baxır?! Bu hadisələrin keçmişi var və əsaslı bir layihənin davamıdır. Qəbul etsək ki, bu şərəfsiz addım dövlətin siyasəti deyil, məmur özbaşınalığıdır, onda dövlət məsələni araşdırıb günahkarları cəzalandırmalıdır. Amma özümüzü aldatmayaq. Bu, Azərbaycan dövləti yox, Əliyev rejiminin xarakteridir. Dindarı narkotika ittihamı ilə tutmağa qərar verən bilməlidir ki, ömrünün ən yanlış addımını atıb. Bu qərarı verən insanlar yox, Allah və mələklərdən cavabını alacaq.

Başqa bir tərəfdən, məmurdur rejimi təmsil edir. Nə cavab verəcək bu əxlaqsızlıq girdabında çabalayan məmurlar? Biz bu rüsvayçı addımın rejim tərəfindən atıldığını düşünürük. Əgər məmur özbaşınalığısa, nə üçün dövlət seyr edir, qoy məmurları cəzalandırsın.

 

-Son hadisələrin səbəbi nə oldu, sizcə?

 

Son hadisələr əslində on illərdir dünyanın müşahidə etdiyi hadisələrin davamıdır. Amma həssas bir məqamı qeyd etmək istəyirəm. İsrail xüsusilə Qəzzəyə təcavüz və Mavi Mərmərəyə basqından sonra dünyada cinyətkar kimi tanınmış. Bu il Ramazan ayının son cüməsi əzəmətli bir Qüds Günü aksiyası təxmin edilir. Hətta Avropda Qüds Günü işğalçı İsrailə etiraz aksiyaları keçiriləcək. Azərbaycan hökuməti son həbslərlə Qüds Günü aksiyalarını da əngəlləmək istəyir. Amma olası iş deyil. Dünya dəyişib və dünyanın ən əxlaqsız rejimi elə Bakı rejimidir. Sübut? Son hadisələr yetər.

 

-Hadisələrin davamını necə görürsünüz?

 

Yalnız müqavimət. Din alimləri Peyğəmbərin varisləridir. Alimlik kitab yazmaqla başa çatmaz. Alimlər səsini qaldırmalıdır.

İkinci və ən güclü hərəkat xalqdan gəlməlidir. Bu hadisələrə susanlar zalımlarla şərikdir.

 

-Son sözünüz...

Allah Onun qullarını mübarək ramazan günlərində şərləyənləri Fironun aqibətinə düçar etsin. Həbsxanadakı ruhani və dindarların ağrılarına cavab olaraq Azərbaycan cəmiyyətinə Özünə doğru yol açsın, inşaallah!

"HaqqYolu.com"

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 14