Tarix : 2011 Aug 14
Kod 24730

Təbriz universitetləri siyasi elmlər professorunun Azərbaycan Respublikası Prezidentinə açıq məktubu

Sizin təhlükəsizlik qüvvələriniz neçə nəfəri həbs etmək istəyir? Təkcə bir simvolik projedə yüz mindən artıq adam sizin islamofobiya siyasətlərinizə etiraz etdi. Etiraz səslərini eşitmirsinizmi?
گ/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

“Arannews”in məlumatına əsasən, Təbriz universitetləri siyasi elmlərüzrə tanınmış professorlarından olan doktor Cəfər Cəmşidi Rad, Azərbaycan Respublikası Prezidentinə ünvanladığı açıq məktubunda Bakı dövlətinin islamofobiya addımlarını şərh etmək və Azərbaycanda islamçı fəalların tutulmasına işarə etməklə yanaşı, bu İslam ölkəsində islamofobiya siyasətlərinə son qoyulmasını tələb etmişdir.

Doktor Cəfər Cəmşidi Rad məktubunun bir hissəsində belə yazır: “Cənab Prezident! Siz özünüzə süst və bünövrəsiz ev tikmisiniz və hər an onun dağılması ehtimalı vardır. Yaxşı diqqət edin! İslam Partiyası sədrinin bir çıxışı ilə həyəcan və qorxu içində yaşayırsınız. Tələsik onu və dostlarını həbs etdiniz və çarəsizlik üzündən hər gün bir ittiham irəli sürürsünüz, amma heç bir nəticə ala bilmirsiniz”.

 

Məktubun kamil mətni aşağıdakı kimidir:

 

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev!

Quranın nazil olduğu müqəddəs Ramazan ayına daxil olduğumuz üçün öz sözümü səmavi kitabdan bir ayə ilə başlamaq istəyirəm. Baxmayaraq ki, sizin Quranla heç bir münasibətinizin olmadığını yaxşı bilirəm və təkcə prezidentliyə namizədlik mərasimində rəmzi olaraq bu müqəddəs kitabın üzərinə əl qoyub, and içmisiniz.

Quranın “Ənkəbut” surəsinin 41-ci ayəsi belə buyurur: “Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər”.

Cənab Prezident! Əgər bu ayə üzərində azacıq fikirləşsəniz, bu ayə sizin və sizin kimi adamların halını açıqlayır.

Hazırda səkkiz ildir ki, mərhum atanızın siyasi ssenarisi əsasında dünyanın ikinci şiə ölkəsinin müsəlmanlarına rəhbərlik edirsiniz. Bu səkkiz ili bütünlüklə Allah və Allah dostlarından uzaq düşməyi, şeytan və şeytanın dostlarına yaxınlaşmağı qarşınıza məqsəd qoymusunuz.

Bu illər ərzində işğal olunmuş Qarabağ barədə bir tədbir görə bilərdiniz. Neftdən gələn dollarların hesabına ölkə xalqının saysız-hesabsız problemlərini həll edərdiniz. İslam təlimləri sayəsində ölkənizdə yaşayan müxtəlif millətlər; azəri, talış, ləzgi və s. arasında ədalət bərqərar edərdiniz. Qarabağ şəhidləri ailələrinin dərdlərinə mərhəm ola bilərdiniz. Müsəlman xalqınızın Allahla dostluğu vasitəsilə, Allahla dostluğu seçə bilərdiniz... Amma siz Allahdan qeyrisilə dostluğu seçdiniz. Bəli, siz sionistlərlə dostluğu, Allah və Onun xalqı ilə dostluqdan üstün tutdunuz və sionistləri razı salmaqdan ötəri hər bir addımı atmaqdan çəkinmədiniz. Məscidləri sökdünüz, sionistlərin məbədlərini abadlaşdırdınız. Peyğəmbərin (s) əzadarlarını döydüz, həbs etdiniz. İmam Hüseyn (ə) aşiqlərini Aşura günü Naxçıvanın Bəninyar kəndində ən qeyri-insani şəkildə təhqir etdiniz, amma sionistlərlə Holokost qurbanları qəmində şərik oldunuz və onlarla həmdərd olduğunuzu bildirdiniz. Məscid minarələrindən azanın səsini kəsdiniz, onun əvəzinə ölkənin hər tərəfində fəsad törədici səslərin ucalmasını istədiniz. Bütün dini simvolları dövlət idarələrindən və hərbi hissələrdən yığışdırdınız, onun yerinə sionist simvollarını qoydunuz. Hicablı qadınları şəxsiyyət vəsiqəsi almaqdan məhrum etdiniz, amma ölkənizin qızlarının ərəb ölkələrinə qaçağının qarşısında sükutu seçmisiniz. İslami mediyanın fəaliyyətinə yer vermirsiz, amma öz fərmanınız altında olan mediyanı fəsad və pozğunluq mərkəzinə çevirdiz. Axır vaxtlarda hicabı məktəblərdə qadağan etdiniz və etirazçıları gülünc ittihamlarla zindana yolladınız. Ona görə də bu gün xalqın qəzəbinə gəlmisiniz və mütləq xalqın qəzəbi Allahın qəzəbinin müqəddiməsidir.

Cənab Prezident! Siz özünüzə süst və bünövrəsiz ev tikmisiniz və hər an onun dağılması ehtimalı vardır. Yaxşı diqqət edin! İslam Partiyası rəhbərinin bir çıxışı ilə həyəcan və qorxu içində yaşayırsınız. Tələsik onu və dostlarını həbs etdiniz və çarəsizlik üzündən hər gün bir ittiham irəli sürürsünüz, amma heç bir nəticə ala bilmirsiniz. Yaxşı diqqət edin. Bu gün İslam dəyərləri yolunda özünü qurban vermək istəyən gənclərin sayı hər gün artmaqdadır. Sizin təhlükəsizlik qüvvələriniz neçə nəfəri həbs etmək istəyir? Təkcə bir simvolik projedə yüz mindən artıq adam sizin islamofobiya siyasətlərinizə etiraz etdi. Etiraz səslərini eşitmirsinizmi? Öz təhsilini yaramçıq saxlayan, amma hicabını açmağa razı olmayan qızlardan xəbəriniz varmı? Heç bilirsinizmi qabaqdan Dünya Qüds Günü gəlir və qeyrətli azərbaycanlı gənclər sizi sionistlərin cinayətlərində şərik olmaqda təqsirli biləcəklər?.

Cənab İlham Əliyev! Siz özünüzə süst və bünövrəsiz ev tikmisiniz. Çünki özü titrməkdə olan bir yerə söykənmisiz. Siz, sionist rejiminin Livan hizbullahı və HƏMAS tərəfindən rusvaylıqla məğlubiyyətini yada salmırsınızmı? Bəs nə üçün öz ölkənizin xalqına söykənmək əvəzinə, bünövrəsi titrəyən sionistlərə arxalanırsiz. 

Cənab Prezident! Siz özünüzə süst və bünövrəsiz ev tikmisiniz. Ona görə də sizin islamofobiya addımlarınızın aqibətinin xeyirli olmayacağını xatırladan bir iranlı müsəlmanın (doktor Firuzabadi) xeyirxah nəsihətləri müqabilində dilxor və pərişan olmusuz.

Cənab İlham Əliyev! Mübarək Ramazan ayı tövbə etmək və Allahla dostluq etmək plan çəkmək üçün bir qənimətdir. Anti-İslam addımlarınızdan əl çəkin, etiqad məhbuslarını azad edin, Dünya Qüds Günündə ölkənizin dindarları ilə birlikdə sionist rejimini pislədiyinizi bildirin, İslamın və ölkənizin müsəlmanlarının qoynuna qayıdın. Allah tövbə edənləri sevir.

Cənab İlham Əliyev! Sözsüz ki, əgər Bin Əli, Hüsnü Mübarək və s. kimi dostlarınızın taleyindən ibrət götürməsəniz, onların başına gələnlər sizi də gözləyir. “Fətəbiru ya ulul əbsar”.

 

Doktor Cəfər Cəmşidi Rad, Təbriz universitetləri siyasi elmlər professoru

JJ_rod@yahoo.com

  • Yazılıb
  • da (də) 2011 Aug 14