Tarix : 2011 Aug 15
Kod 24747

Səfər Əbiyevlə bağlı növbəti şok iddialar

Ali Hərbi Akademiyanın adlarını açıqlamayan zabitləri “Yeni Müsavat”a yenə məktub yollayıblar
g/Aran xəbər agentliyi

 

HaqqYolu - Ali Hərbi Akademiyanın adlarını açıqlamayan zabitləri “Yeni Müsavat”a yenə məktub yollayıblar. Onlar budəfəki müraciətlərində müdafiə naziri Səfər Əbiyevə qarşı şok ittihamlar səsləndiriblər. Nazirin xarici ölkələrdəki mülkləri, üst-üstə qiyməti 20 milyon dollardan çox olan bahalı avtomobilləri, qohumlarının, qardaşlarının orduda hansı postları tutması, birgə həyata keçirdikləri maxinasiya əməliyyatları, zabitlərə laqeyd münasibəti barədə çoxsaylı faktlar açıqlayıblar.

Habelə bir neçə general və polkovnikin - Nəcməddin Sadıqov, Lənkəran Əliyev, Çingiz Şəfiyev və digərlərinin orduda gördüyü neqativ işlər barədə məlumat veriblər.

 

  • Yazılıb
  • da (də) 2011 Aug 15