Heç şübhəsiz ki, bu kimi addımlar möminlərdə vəhdəti və birliyi daha da gücləndirəcək, şücaəti daha da artıracaq. Qarşı tərəfdə isə xof yaradacaq
well/Aran agentliyi
İslamazeri.az İnternet Qəzeti ölkədə inanclı dini cameəyə qarşı aparılan repressiv siyasətlə, həbslərə bağlı Quran və hədis elmləri mütəxxəssisi höccətülislam vəl müslimin Hacı Zülfüqar Mikayılzadədən müsahibə alıb.
Hacı Zülfüqar deyib: “Bismillahir-rəhmanir-rəhim.
"Yoxsa siz sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi onunla birgə olan möminlər “Allahın köməyi və yardımı nə vaxt yetişəcək?” deyirdilər. Bilin Allahın köməyi həqiqətən yaxındır.”(Bəqərə 214)
Biz bu həbsələri pisləyir və məhkum edirik. Heç şübhəsiz ki, bu kimi addımlar möminlərdə vəhdəti və birliyi daha da gücləndirəcək, şücaəti daha da artıracaqdır. Qarşı tərəfdə isə xof yaradacaqdır.
“O zaman Rəbbin mələklərə vəhy edirdi ki: “Mən sizinləyəm! Odurki, iman gətirənlərin qədəmlərini sabit edin.Tezliklə kafirlərin qəlblərinə qorxu salaram ”(Ənfal-12)
O ki qaldı qardaşlarımızın hansı ittihamla həbs edilməsinə, bunu deyə bilərəm ki, bütün bunlar qardaşlarımızın günahsız olduğunun göstəricisidir. Çünki, hamı yaxşı bilir ki, ruhani Hacı Abgül qorxmaz və vətənpərvər bir insandır. O, bu vətənpərvərliyi öz ailəsinin tərbiyəsində öyrənmişdir. O ailə tərbiyəsinin nəticəsidir ki, digər qardaşı Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Onun vətənpərvər olmasına başqa bir nümunəni onun özünün və bütün ətrafının şəhidlərimizə, xüsusilə şəhid Mübarizə göstərdiyi münasibətdə də görmək olar. Mən şəxsən hacının şəhidlərimizin barəsində olan sevgisinə və vətən barəsində olan məhəbbətinə şahid olmuşam. Bunu görməmək, ya ləkələmək ən azı şəhidlərimzə hörmətsizlikdir.
Digər qardaşlarımızla da bağlı məsələ günk imi aydındır. Bunları görməmək azı insafsızlıq olar. Düşünürəm ki, bu kimi addımlar bu günkü dünyamızda nəinki nəticə verməz, əksinə insanları vəcdə gətirər. Ən ümdəsi budur ki, bütün bu hadisələrin fövqündə Allahın iradəsi və tədbiri durur. Heç şübhəsiz ki, Onun tədbiri bütün tədbirlərdən mətin və güclüdür.
“Və o zaman ki, kafirlər sənin barəndə-səni həbs etmək, ya öldürmək və ya şəhərdən çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da daim onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır.”(Ənfal-30)
Sonda bunu deyə bilərəm ki, qələbə o kəslədir ki, Allah onunladır.