Azərbaycan hakim dairələrinin ölkədə İslam “ovu”na çıxması xalqın böyük əksəriyyəti kimi Nardaran ağsaqqallarının da ciddi narahatçılığına səbəb olub
well/Aran agentliyi
Azərbaycanda inanclılara qarşı aparılan son repressiv addımlar barədə Nardaran Ağsaqqallar Şurası bəyanat verib.
Bəyanatda bildirilir:
"Azərbaycan hakim dairələrinin ölkədə İslam “ovu”na çıxması xalqın böyük əksəriyyəti kimi Nardaran ağsaqqallarının da ciddi narahatçılığına səbəb olub. Mübarək Ramazan ayında da davam etdirilən islamçıların həbsində narkotik, silah və terror kimi İslam dini ilə heç bir əlaqəsi olmayan ittihamların irəli sürülməsi hamını təəccübləndirir, əhali arasında haqlı olaraq, ciddi kütləvi etiraza səbəb olur.
Nardaran ağsaqqalları baş verən hadisələrdən dərin narahatçıq hissi keçirdiklərini ifadə etməklə bəyan edirlər ki, İslama qarşı aparılan bu kimi qərəzli mövqe Azərbaycan dövlətçiliyinə, onun region və İslam dünyasındakı mövqeyinə zidd olmaqla, vətəndaş-dövlət münasibətlərinin pisləşməsinə yönəlmişdir."
Azərbaycan Ağsaqqallar Şurasının Təşəbbüs Qrupunun üzvü, Nardaran
Ağsaqqallar Şurasının sədri, Kərbəlayi Natiq Kərimov