Tarix : 2011 Aug 15
Kod 24759

''Azərbaycanda islamçılara qarşı təzyiq və iftira faktları var''

Türkiyənin ''Mezlumder'' insan haqları təşkilatının rəsmisi Üzeyir Yigit Azərbaycanda olan hadisələri dəyərləndirdi
well/Aran agentliyi

 

Allahın adı ilə

Azərbaycanda təxminən iki ildir, dövlət tərəfindən öz xalqına qarşı tək tərəfli açılmış mənasız bir təzyiq mühiti vardır.

Azərbaycanda; demokratik islahat, kasıblıq və sosial həyat tərzi baxımından quruluşlanma prioriteti olan bir çox problem mövcud olduğu halda, mənasız bir şəkildə inanclı insanların həyatlarına məhdudiyyət gətirəcək, bəzi sahələrdə təzyiqlər başladılmışdır.

Bununla birlikdə, şiddətə müraciət etmədən etiraz aksiyaları ilə hüquqlarını tələb edən vətəndaşlara yönəlmiş ictimai sülhü təhdid edən həbs, ictimaiyyət qarşısında böhtan atmaq, təzyiq və təhdidlərlə, gərgin mühiti bir az da .

Xüsusilə hicab qadağası ilə tədbirlər təşkil edənlərə, dövlətin güc strukturları sərt bir şəkildə müdaxilə etmişdir. Siyasi həbslər daxil bir çox tanınmış insanlar saxlanılmış və bəziləri təəssüf ki, həbs etmişdir. Azərbaycan İslam Partiyasının sədri və ona yaxın bir neçə şəxs həbs olunmuşlar.Ötən aylarda təşkil olunan aksiyalarda, onlarla insan həbs olmuşdur. Hələ də iyirmiyə yaxın insan azadlıqdan məhrum edilib.Siyasi məhbusların içərisində daha əvvəldən də həbs olunmuş bəzi simalar mövcuddur.Mühakimə müddətləri davam edən bir çox insan, mühakimə olunmalarını və məhkəmələrin ümumiyyətlə ədalətsiz olduğunu bildirmişlər.Məsələn AİP sədrinin yoldaşı Mehparə Xanım ilə görüşümüzdə yoldaşının həbs olunmasından aylar keçməsinə baxmayaraq nə özü və xüsusilə iki yaşında olan uşağı ilə görüşünə icazə verilmədiyini bildirmişdi. Yenə Mehparə Xanım yoldaşının ilk həbs günlərində evi ətrafında dolaşan mülkü geyimli polislərin evin açıq pəncərəsindən içəriyə bir paket atdıqlarını və özün bu paketi dərhal tualetə atdığını, paketin evə atılması ilə birlikdə evin qapısına polisin axtarış edəcəyik deyə gəldiyini bizlərə danışmışdı.Yenə Azərbaycan telekanallarından birində yayımlanan xəbərdə; "cinayət işləyən bir şəxsin vicdanına məğlub olub üç gün sonra polisə təslim olduğu, təslim olduğunda üstündə axtarış aparıldığında 3 qram eroin aşkarlandığı" deyilmişdir.Bu cür olayların tez tez təkrarlandığı Azərbaycanda mühakimə olunanın azad şəkildə ifadələrinin alınmaması, beynəlxalq ictimaiyyətə çıxarıldığında yaşanan olayların ciddiyətini ortaya çıxaracaqdır.

Azərbaycan siyasi sistemi, dövlət bürokratiyası və bərabərlik siyasətlərinə bir neştər vurmadığı halda, Azərbaycanın yaxın gələcəyi Suriya və digər Ərəb ölkələrindən fərqi olmayacaq.

Məqalənin ardı üçün bura daxil olun.

Üzeyir Yigit

  • Yazılıb
  • da (də) 2011 Aug 15