Tarix : 2011 Aug 15
Kod 24761

İslam Partiyası üzvlərinin məhkəməsi avqustun 17-dək təxirə salınıb

Vəkillərin prosesdə olmamasına görə hakim prosesi təxirə salıb
well/Aran agentliyi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə İslam Partiyasının sədri Mövsüm Səmədovun, onunla bərəbər həbsdə olan partiya üzvlərinin və ruhanilərin işi üzrə məhkəmə avqustun 17-dək təxirə salınıb.

"SalamNews"-un məhkəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə, bu gün səhər başlayan prosesdə saat 12:00-a qədər fasilə verilmişdi. Fasilədən sonra vəkillərin prosesdə olmamasına görə hakim prosesi təxirə salıb. Məhkəmə baxışı avqustun17-si saat 10:00-a təyin olunub.

  • Yazılıb
  • da (də) 2011 Aug 15