well/Aran agentliyi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə İslam Partiyasının sədri Mövsüm Səmədovun, onunla bərəbər həbsdə olan partiya üzvlərinin və ruhanilərin işi üzrə məhkəmə avqustun 17-dək təxirə salınıb.
"SalamNews"-un məhkəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə, bu gün səhər başlayan prosesdə saat 12:00-a qədər fasilə verilmişdi. Fasilədən sonra vəkillərin prosesdə olmamasına görə hakim prosesi təxirə salıb. Məhkəmə baxışı avqustun17-si saat 10:00-a təyin olunub.