Tarix : 2011 Aug 15
Kod 24762

İran-Türkiyə qaz boru-kəməri 1 həftəyə təmir olunacaq

Türkiyə energetika nazirliyi bildirib: İran-Türkiyə qaz-boru kəmərində partlayış nəticəsində Türkiyə Azərbaycan Respublikası və Rusiyadan qaz idxalat səviyyəsini artırıb
well/Aran agentliyi

 

Türkiyə energetika nazirliyi bildirib: İran-Türkiyə qaz-boru kəmərində partlayış nəticəsində Türkiyə Azərbaycan Respublikası və Rusiyadan qaz idxalat səviyyəsini artırıb.

Azərbaycan Respublikasının təbii qazı Bakı-Tiflis-Ərzrum kanalı vasitəsilə Türkiyəyə ötürülür.

Trend İnformasiya Agentliyinin məlumatına əsasən, İranın Türkiyəyə qaz boru-kəmərində cümə günü partlayış baş verib.

Türkiyə energetika nazirliyinin rəsmisi deyib ki, boru kəmərində təmir işləri aparılır və 1 həftədən sonra təmir başa çatacaq.

Partlayışdan əvvəl İran-Türkiyə qaz boru xəttində gündəlik 30 kubmetr təbii qaz Türkiyəyə ixrac olunurdu.

Tehran-Ankara rəsmiləri 1996-cı ildə 25 illik razılaşma imzalayıb. Bu razılaşma əsasında İrandan gündəlik 10 milyard kubmetr təbii qaz Türkiyəyə ixrac olunmalıdır.

 

  • Yazılıb
  • da (də) 2011 Aug 15