Tarix : 2011 Aug 15
Kod 24764

Müəllimlərin də hicabına əl aparırlar

Əjdər Ağayev: Yeni dərs ilindən müəllimlərin də hicabla dərsə gəlməsinə son qoyulacaq ...
well/Aran agentliyi

 

Əjdər Ağayev: Yeni dərs ilindən müəllimlərin də hicabla dərsə gəlməsinə son qoyulacaq

Azərbaycan Respublikasında ötən dərs ilində şagirdlərin məktəbə hicabla gəlməsinə qadağa qoyuldu. Məktəb forması adı ilə hicabla gələnlər məktəbə buraxılmadı. Bu qadağa ölkə dindarlarının və hicablı qızların tərəfindən etirazla qarşılandı. Bakıda Təhsil Nazirliyi qarşısında və ölkənin digər yerlərində orta məktəblərdə hicaba qadağasına qarşı kütləvi aksiyalar keçirilidi. Nardaran və Cəlilabadda keçirilən aksiyalarda təhsil naziri Misir Mərdanov kafir adlanıb, şəkilini ota çəkdilər.

Amma etirazlar yanlız təhsil nazirinə ünvanlanmadı. Inanc əhli Qafqaz Müsəlmanları İdarəsi qarşısına da toplandı. Onlar Şeyx həzrətlərində mövqe tələb etdilər. onlar Allaşkür Paşazadını ölkə başçısı və birinci xanıma yaxın bildiklərinə görə fikirləşirdilər ki, paşazadə yəhudilərin yox, müsəlman əhalinin keşiyində dura bilər. Amm şex Təzəpirin qapılarını inanclıların üzərinə bağlı saxlamağı məsləhət gördü.

Etirazlar səngimədi. Möminlər tələblərini müxtəlif yoolarla tələb etilər.

Bakəda Təhsil Nazirliyi qarşısında dinc aksıyaçılar polisin zorakılığına məruz qaldı. Konüllü təşkil olunan "hicaba azadlıq" aksia və mitinglərdə hicablı qadınlar polisin hörmətsizliyinə məruz qaldı. Polis və mülki geyimli şəxslər dini və konstitusiya hüququnu tələb edən insanlarla kobud davrandı, göz yaşardıcı qaz və dəyənəkdən istifadə etdi. Ölkədə kütləvi həbslərə başlanıldı. Məlumatlar görə otuzdan çox hicab məhbusi var. Hələ də hicaba azadlıq tələb edən insanlar təqib və təzyiqə məruz qalır. Bütün bu etirazlara baxmayaraq hökumət hicab problemini bir dəfəlik həll etmək əvəzinə, hicalı və hicab müdafiəçilərini əzmək istəyir. Yeni plandan Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev xəbər verib. Bakı -xəbər qəzeti yazır ki, Əjdər müəllim düşünür ki, örnək olmaq baxımından müəllimlər də məktəbə hicabla gəlməməlidir: "Bu ildən şagirdlərin hamısının məcburi olaraq məktəbli formasına keçməsi tələbi irəli sürülüb. Nazirlik bütün təhsil müəssisələrinə bunu çatdırıb. Burada qanun üzrə hamı məktəbli formasında gəlməlidirsə, şagirdin hicablı gəlməsinə, əlbəttə, yer qalmır."

Təhsil Şurasının sədri Əjdər Ağayev sankı onudur ki, Azərbaycan dünyəvi ölkə olduğunu bəhanə edib, qızların 18 yaşına çatmaması , yetkinlik həddinə çatmamasına görə, hicabı qadağan edildi, bəs görə sən müəllimələrə hicabı yasaq etməkdə bəhanələri kifayətdir? Təhsil Nazirliyi qızların hicabına əl aparanda ölkəni kütləvi etirazlar bürüdi, müəllimlərin namusuna əl aparilarsa, sonu bəlli deyil.

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 15