Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycanda islam dininə olan hörmətin bütün başqa dinlərə olan ehtiramla tamamlandığını...
well/Aran agentliyi
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycanda islam dininə olan hörmətin bütün başqa dinlərə olan ehtiramla tamamlandığını, ölkənin dünya miqyasında dinlərarası və mədəniyyətlərarası dialoq məkanına çevrildiyini deyib.
Prezident İlham Əliyev bunu avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsində deyib.
İftar mərasimində Allahşükür Paşazadə Azərbaycanda dini ənənənin, tolerantlığın dünyada örnək olduğunu, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına, mədəniyyət abidələrimizin bərpa ediləcəyinə əminliyini bildirib.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi Vladimir Fekete, Alban-Udin Xristian İcmasının sədri Robert Mobili Azərbaycan Respublikasında bütün dinlərə eyni səviyyədə hörmət və ehtiramın göstərildiyini, Azərbaycanın beynəlxalq aləmdə dinlərarası dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanındığını deyiblər.
Həmçinin Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Sonra süfrəsi açılıb.