Ərdəbilin imam cüməsi İngiltərə hökumətinə Bakıdan ''dərs'' almağı tövsiyə edib
well/Aran agentliyi
Höccətül-islam Həsən Amili dünən Ərdəbilin cümə namazı xütbələrində deyib: "Mənim İngiltərə hökumətinə belə bir təklifim var. O da bundan ibarətdir ki, etiraz aksiyalarında iştirak edənlərin evlərinə soxulub, onları həbs etdikdən sonra onların cinayətkar olduğunu necə sübut edəcəksən? Bunun üçün mən sizə maraqlı bir yol göstərə bilərəm ki, bu yolu Azərbaycan Respublikası hökumətindən öyrənmişəm və sənin də dərdinə dəyə bilər. Çünki, bir-birinizə taysınız. Azərbaycan Respublikası polisi həmişə öz yanında ehtiyat silaha və narkotik maddəyə malikdir ki, birinin ağzını yummaq lazım gəldikdə evinə silah və ya narkotik atıb, sonda iddia edir ki, bu şəxs narkotik maddələrin alveri ilə məşğul imiş. Bu, bir hökumətin öz xalqına qarşı orta əsrlərə aid metodlardan istifadə edərək, davranmasının nümunəsidir."
Ərdəbilin imam cüməsi sözlərinin davamında deyib: "Azərbaycan Respublikasında adını çəkmək istəmədiyim bir şəhərdə bir nəfərin evinə girib onu tutmaq istədikləri zaman görüblər ki, heç bir sənəd, dəlil və sübut yoxdur. Onu buraxmağa məcbur olublar. Amma, deyiblər ki, sən get 1-2 gün gizlən. Həmin şəxs isə çox zirək adam imiş, elə 1-2 günün içərisində ölkə sərhədlərini tərk edib. Daha sonra onun evinə silah atıb, sonra da hay-həşir qoparıblar ki, bunu tutun, evi silahla doludur. Amma, məlum olub ki, tərəf artıq ölkəni tərk edib."