Azərbaycan, Türkiyədə qadağaları və son siyasi həbsləri ilə yenidən gündəmə gəlir
well/Aran agentliyi
Ədalət və İnkişaf Partiyasına (AKP) yaxınlığı ilə bilinən "Yeni Şəfəq" qəzeti son həbslərə toxunaraq "Azərbaycan Despotlaşır" başlıqlı yazı dərc edib. Yanvar ayında ölkəmizdə insan haqqları sahəsində hesabat hazırlayan "Mazlumder", Azərbaycanda hüquq pozuntuları yaşandıqca bu qadağalara toxunan mövzu, Türkiyə ictimaiyyətinin və siyasətçilərin gündəminə gələcəyinə oxşayır.Daha əvvəlki görüşlərimizdə, Avropa da fəaliyyət göstərən insan haqqları təşkilatları ilə də təmas halında olduqlarını söyləyən təşkilat rəsmiləri, bu vəziyyətin davam edəcəyi təqdirdə Azərbaycanda gedən prosesləri yaxından izləyəcəklərini bildirmişdilər.
"Yeni Şafak" qəzetində yayımlanan xəbər:
http://yenisafak.com.tr/Gundem/?t=15.08.2011&i=335632
Xəbərin tərcüməsi:
"Mazlumder"in Azərbaycan ilə əlaqədar hazırladığı 2011 İnsan Haqqları Hesabatında bu ölkədə insan haqqları pozuntularının artdığı qeyd olunub. Hesabata görə Azərbaycanda hicaba yönəlmiş təzyiqlər də getdikcə artır."Mazlumder", Azarbaycandakı insan haqqları pozuntuları ilə əlaqədar bu ölkədə araşdırmalar apararaq bir hesabat hazırlayıb.
Hesabat "Mazlumder"-in baş katibi vəkil Şərifə Gül Arıman, "Mazlumder"-in Ankara şöbəsinin baş katibi Üzeyir İgid və "Mazlumder" Xarici Əlaqələr Komitəsinin üzvü Əbdülqadir Şən tərəfindən hazırlanıb. Hesabatda ən çox diqqət çəkən hissə isə, Azərbaycanda son vaxtlarda inanc azadlığına yönəlmiş təzyiqlərin artması olub.
Hesabatda, son illərdə müxalif düşüncəlilərə qarşı təzyiqlərin artdığı, hicab və digər dini simvollara yönəlmiş qadağaların artdığı və İslami qrupların təşkilatlanmasını və söz azadlığının məhdudlaşdırıldığı qeyd olunub.
Hesabatda, Azərbaycan rəhbərliyinin islamçıları haqsız yerə həbs etdiyi və bu həbs hadisələrinin çoxunu müəmmalı axtarışlar nəticəsində narkotik və silah saxlamaq kimi cinayətlərlə edildiyi bildirilib.
Hesabata görə, təhsil məktəblərində hicab qadağasına görə yüzlərlə hicablı şagird zərər çəkmiş haldadır. Vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın təhsil sistemində olduqca problemlərin mövcud olduğunu və hicab qadağasının bu problemləri həll etməyəcəyini bildirirlər.Azərbaycandakı konstitusiya və məhkəmə sisteminin də toxunulduğu hesabatda ölkədə məhkəmə sisteminin rüşvət və tapşırıq, sifarişlərlə artıq ədalətsiz hala qaldığını və bununda insanların haqqlarının pozulması olduğu qeyd edilib.
Hesabatda Azərbaycan hökumətinə bir silsiləvi təkliflər də edilib. Hesabatda Azərbaycan hökumətinə bu mövzularda çağırış edilib:
İnanc azadlığını məhdudlaşdırma
Azadlıqları məhdudlaşdıran qanuni mevzuatı qlobal normalara uydur
Təşkilatlanma, mətbuat və söz azadlığının qarşısındakı maneələri qaldır
Cəm şəkildə keçirilən dini mərasimlərin qarşısındakı maneələri qaldır
Həbs olunan şəxslərlə bağlı ailələrin məlumatlandırılmasında şəffaf ol.