Tarix : 2011 Aug 16
Kod 24780

Azərbaycanda insan haqları ilə bağlı ciddi problemlər var

Bu sözləri Markus Löninq söyləyib
well/Aran agentliyi

 

Azərbaycanda səfərdə olan Almaniya hökumətinin insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq bu gün həbsdə olan deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyevlə görüşmək istəsə də buna icazə verilməyib.

SalamNews-un məlumatına görə, almaniyalı qonaq bildirib ki, Azərbaycana gəlməzdən əvvəl Bəxtiyar Hacıyevlə görüşmək istəyimi bildirmişdim, ancaq buna icazə verilmədi: “Biz bu gün Bəxtiyar Hacıyevin saxlanıldığı həbsxanaya getdik, lakin görüşə imkan verilmədi. Bu pozuntu haqqında Azərbaycan haqqında hazırlayacağım hesabatda qeyd edəcəyəm”.M.Löninq deyib ki, Azərbaycanda iqtisadi inkişaf olsa da, insan haqları və sərbəst toplaşmaq azadlıqları ilə bağlı ciddi problemlər var: “Azərbaycana üç günlük səfərim çərçivəsində insan haqları ilə bağlı araşdırmalar aparacağam”.Bu gün Ombudsman Elmira Süleymanova ilə görüşdüyünü bildirən müvəkkil sabah hökumət, müxalifət və ictimai birliklərin nümayəndələri ilə görüşəcəyini söyləyib.

  • Yazılıb
  • da (də) 2011 Aug 16