Azərbaycan İslam Partiyası (AİP) son günlər həbs olunan bəzi şəxslərin AİP fəalı kimi təqdim edilməsi ilə bağlı bəyanat yayıb
well/Aran agentliyi
Partiyanın mətbuat xidmətindən SalanNews-a verilən məlumata görə, bəyanatda bildirilir ki, 12.08.2011-ci il tarixdə respublika Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğu açıqlama yayaraq Abgül Süleymanov, Arif Qəniyev, Ramin Bayramov cinayət məcəlləsinin 228.1(qanunsuz olaraq odlu silah, döyüş sursatı saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlandığını elan olunub.
“Bir sıra informasiya vasitələrində həmin şəxsləri Azərbaycan İslam Partiyasının üzvü kimi qələmə veriliblər. Abgül Süleymanov və Ramin Bayramov Azərbaycan İslam Partiyasında siyasi fəaliyyətində iştrakı və rolu olmayıb. Arif Qəniyev isə İslam Partiyasına bu ilin mart ayının əvvəlində gəlib və Sumqayıt şəhər komitəsinin sədri vəzifəsinə təyin olunub. 1 ay sonra isə qurumun təşkilati məsələlər üzrə sədr müavini vəzifəsinə gətirilib”- deyə bəyanatda bildirilir.
Bəyanat müəllifləri bildirir ki, AİP mövcud Nizamnaməyə əsasən, fəaliyyət göstərir, dövlətçiliyinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, ölkədə demokratik prinsiplərin inkişaf etdirilməsinə, ölkənin ərazi bütövlüyünün təmin olunmasınına çalışır, xalqının sosial həyat şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparır.
Partiyanın fəaliyyəti şəffaf və aydın olduğu vurğulanan bəyanatda AİP-in ünvanına deyilən neqativ fikirlərin və iftiraların qəbul edilmədiyi və bunun insanların əqidəsinə görə təqib olunması kimi qiymətləndirildiyi bildirilib.
SalanNews