Tarix : 2011 Aug 16
Kod 24782

Azərbaycanda Ramazan bayramı ilə bağlı 4 gün iş olmayacaq

Beləliklə avqustun 28, 29, 30 və 31-I qeyri-iş günü olacaq
well/Aran agentliyi

 

Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib.

Beləliklə avqustun 28, 29, 30 və 31-I qeyri-iş günü olacaq.

Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 2-də başlayıb.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na  təsadüf edəcək.

  • Yazılıb
  • da (də) 2011 Aug 16