Tarix : 2011 Aug 16
Kod 24783

Avropa İttifaqı Azərbaycanda ruhanilərin həbsini pisləyir

Bu sözləri səfir Roland Kobia deyib
well/Aran agentliyi

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi, səfir Roland Kobia son günlər Azərbaycanda həbs edilən ruhanilərlə bağlı məsələyə münasibət bildirib.

Səfir Roland Kobia SalamNews-a eksklüziv açıqlamasında deyib ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi sözügedən hadisəni pisləyir: “Biz sözügedən həbslərlə əlaqədar Azərbaycan hakimiyyəti ilə dialoq aparmağa hazırıq”.

Xatırladaq ki, avqustun 11-də jurnalist Ramin Bayramov, tanınmış ruhani Abgül Süleymanov və Azərbaycan İslam Partiyasının funksioneri Arif Qəniyev tutulublar. Avqustun 16-da isə 2 nəfər Yevlax Cümə məscidinin imam-camaatı Ramin Quliyev və ruhani Samir Məmmədov Yevlax şəhər polisi tərəfindən saxlanılıblar

  • Yazılıb
  • da (də) 2011 Aug 16