Tarix : 2011 Aug 16
Kod 24784

Siyasi həbslər davam edir: Hacı Ramin Quliyev və Samir Məmmədov

Yevlax imam camaatı Hacı Ramin və ruhani Samir Məmmədov saxlanılıb
well/Aran agentliyi

  

Yevlax imam camaatı Hacı Ramin və ruhani Samir Məmmədov saxlanılıb.

Yevlax Cümə məscidinin imam camaatı Hacı Ramin Quliyev və Yevlax ruhanisi Samir Məmmədov bu gün saat 10 radələrində saxlanılıblar.

Bu barədə "İslamazeri" internet qəzetinin redaksiyasına məlumat daxil olub.

Məlumatda bildirilir ki, polislər Ramin Quliyevi və Samir Məmmədovu polis bölməsinə aparıblar. Lakin onların saxlanılması haqda heç bir məlumat verilmir. Hazırda polis bölməsinin qarşısında çox sayda inanclı toplaşıb.

  • Yazılıb
  • da (də) 2011 Aug 16