Avqustun 15-də Sabirabadda icra hakimiyyətinin binası qarşısında Uraçalı, Mürsəli və Şıxlar kəndlərinin nümayəndələri hökumətin ötən il baş vermiş daşqının nəticələrinin ...
well/Aran agentliyi
Avqustun 15-də Sabirabadda icra hakimiyyətinin binası qarşısında Uraçalı, Mürsəli və Şıxlar kəndlərinin nümayəndələri hökumətin ötən il baş vermiş daşqının nəticələrinin aradan qaldırılması haqqında sərəncamını yerinə yetirmək tələbi ilə növbəti mitinq keçiriblər.
Turanın məlumatına görə, Aksiyada yüzə yaxın insan iştirak edib. İştirakçılar bir çox zərərçəkmişlərin hökumətin qərarında nəzərdə tutulandan iki dəfə az kompensasiya aldığını və ya heç almadığını qeyd ediblər.
İcra başçısı Nazim İsmayılov mitinq iştirakçılarından 20 nəfərini qəbul edib və qaldırılmış məsələləri araşdıraraq, həll edəcəyinə söz verib.
Daşqından bir ildən çox vaxt keçməsinə və hökumətin 8 rayonda 100 min ha-dan çox ərazidə 20 min kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması üçün 300 mln. manat ayırmasına baxmayaraq, fəlakət zonasında problemlər hələ də həll olunmayıb.