İran Azərbaycan Respublikasının 3 vətəndaşının milli təhlükəsizliyi pozmaq məqsədilə İrandan maddi yardım aldığı ittihamlarını təkzib edib
well/Aran agentliyi
İran Azərbaycan Respublikasının 3 vətəndaşının milli təhlükəsizliyi pozmaq məqsədilə İrandan maddi yardım aldığı ittihamlarını təkzib edib.
İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzinin rəsmisi 3 azərbaycanlı vətəndaşın İran tərəfindən hər hansı bir maliyyə yardımı haqda məlumatları təkzib edib.
Adının gizlin qalmasını istəyən İran rəsmisi dünən İRNA-ya verdiyi açıqlamasında deyib: İranın Bakıdakı mədəniyyət mərkəzi sözü gedən bu 3 azərbaycanlı vətəndaşla heç bir əlaqəsi yoxdur. Bakı rəsmilərinin bununla bağlı irəli sürdükləri iddialar tamamilə əsassızdır.
Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirliyi və Baş Prokuratura dünən bir bəyanat yayıb. Bəyanatda deyilir: Azərbaycan Respublikası vətəndaşları Ramin Bayramov, Abgül Süleymanov və Arif Qəniyev İran tərəfindən maliyyələşdirilir. Elə bu səbəbdən də respublikada təhlükəsizliyin pozulmasında iştirak etdikləri üçün həbs ediliblər.
Qeyd edək ki, Azərbaycan Respublikasında dindarlara qarşı təzyiqlərin davamında islam-azəri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov, AİP fəalı Abgül Süleymanov və AİP-in Sumaqayıt şöbəsi rəhbəri təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.