Qafqaz Müsəlmanları İdarəsi müsəlman ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsini vacib hesab edib
/Aran agentliyi
Qafqaz Müsəlmanları İdarəsi müsəlman ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsini vacib hesab edib.
İRNA-nın məlumatına əsasən, bazar ertəsi günü İran İslam Respublikasının Bakıdakı səfirinin iştirakı ilə açılmış iftar süfrəsində Allahşükür Paşazadə islam ölkələri, xüsusilə də Azərbaycan Respublikası ilə qonşu ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
QMİ-nin sədri deyib: 17 ildir ki, ramazan ayında iranlı qardaşlara iftar süfrəsində birgə iftar edirik.
Bu mərasimdə höccətül islam seyid Əkbər Ocaq Nejad da bu mərasimdə mübarək ramazan ayında Quran ayələrinin tilavətinin zəruriliyini qeyd edərək deyib: Mübarək ramazan ayında Quran oxumaq və ayələrin mənaları haqda düşünmək çox savabdır.