Tarix : 2011 Aug 16
Kod 24794

Azərbaycanin Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi sədrinin sionist rejimindən aldığı məvac...

Sioninst rejiminə sadiq Əhmədoğlunun bu rejimdən aldığı məvacibin azaldığına görə öz anti-İran müsahibələrini azaltmışdır
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

Keçən il İİR-na qarşı çoxlu ittihamlar irəli sürmüş AR Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bir neçə il öncə müxtəlif heyətlərlə İrana səfər etmişdi və İranla əlaqələrin möhkəmlənməsinə çalışırdı. Amma keçən ildən bəri birdən-birə vəziyyət dəyişdi və o anti-İran ünsürlərdən birinə çevrildi. İsrail diplomatlarının Bakıda Əhmədoğlu ilə görüşündən bir həftə sonra onun İran əleyhinə müsahibə və təhlilləri başladı. Qeyri-rəsmi mənbələr Əhmədoğlunun bu görüşdə İsrail diplomatlarından 5000 dollar almasını nəql edirlər.

Mübariz Əhmədoğlu İİR əleyhinə ümumi fikri yayındırmaqda, yalan şayiələr, xəbərlər yaymaqda öz məmuriyyətini yaxşıca yerinə yetirdikdən sonra İsrailə iki həftəliyə səfər etdi və orada maddi yardımdan əlavə, İran əleyhinə informasiya təlimlərində də iştirak etdi. Belə ki, səfərdən qayıtdıqdan sonra ixtiyarında qoyulmuş böyük büdcələrin hesabına müsahibələrini mətbuatda bur neçə dəfə artırdı. Amma onun təhlilləri yalan və səhv olduğu üçün ümumi fikirləri yayındıra bilmədi və təsirsiz qaldı.

Deyilənlərə əsasən, İsrail rejiminin Bakıdakı səfirliyinin Mübariz Əhmədoğluya verdiyi məvacibin azalması ilə əlaqədar olaraq, onun da İran əleyhinə fəaliyyəti azalmışdır.

  • Yazılıb
  • da (də) 2011 Aug 16