Tarix : 2011 Aug 17
Kod 24806

İran- Azərbaycan münasibətlərinin inkişafında maneə yoxdur

''İki qonşu ölkə olan İran və Azərbaycan Respublikası strateji münasibətlərə malikdir''
well/Aran agentliyi

 

 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikasında bəzi mediaların İrana qarşı təbliğatları barəsində deyib: İki qonşu ölkə olan İran və Azərbaycan Respublikası strateji münasibətlərə malikdir. Eyni zamanda iki xalq çoxlu mədəni, tarixi, dini və sivilizasiya ortaqlıqlarına malikdirlər və ikitərəfli əməkdaşlıqların genişləndirilməsi üçün çox əla layihələr gündəmə gətirilib.

Bu gün daxili və xarici jurnalistlərlə mətbuat brifinqi keçirən Ramin Mehmanpərəst əlavə edib: Azərbaycan Respublikası medialarında irəli sürülən məsələ iki ölkənin Xarici İşlər Nazirliyi tərəfindən izlənilir və iki ölkə münasibətlərində heç bir maneə ola bilməz.

Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşovun Tehrana səfərinə toxunan mətbuat katibi deyib: İran və Rusiyanın münasibətlərinin əhəmiyyəti iki ölkə arasında davamlı məsləhətləşmələrin aparılmasını tələb edir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İran və Rusiyanın "addım-addım" layihəsi adlanan nüvə dialoqu barəsində də deyib: Bu layihə hələ tam və rəsmi şəkildə təhvil alınmayıb.

  • Yazılıb
  • da (də) 2011 Aug 17