Tarix : 2011 Aug 17
Kod 24808

Böyük Rəhbər: Regiondakı islami oyanış İslam inqilabından mənşə alır

İslam İnqilabının Böyük Rəhbəri regionda müşahidə olunan islami oyanışın İran xalqının əzəmətli islam inqilabından mənşə aldığını bildiriblər
well/Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri regionda müşahidə olunan islami oyanışın İran xalqının əzəmətli islam inqilabından mənşə aldığını bildiriblər.

İslam İnqilabının Böyük Rəhbəri regionun islami oyanışını İran xalqının İslam İnqilabındakı əzəmətli hərəkətindən qaynaqlanması kimi dəyərləndiriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei bazar ertəsi gecə İmam Həsən (ə)-ın səadətli mövluduna təsadüf edən gecədə İranın qocaman və gənc şairləri, habelə Əfqanıstan və Tacikistanın şairlərini qəbul ediblər.

Regiondakı islami oyanış və hazırkı dövrün xüsusiyyətlərinə toxunan Böyük Rəhbər xatırladıblar: Bu islami oyanış İran xalqının əzəmətli hərəkətindən qaynaqlanıb. Çünki İslam İnqilabı istibdad rejimə qarşı möcüzəli dəyişiklik idi və bu dəyişiklik İran xalqını xalqların örnəyinə çevirdi.

"Şairlər öz dövrlərinin xüsusiyyətlərini dərk etməklə İran xalqının örnək olmasına sadiq olmalıdır" –deyən Həzrət Ayətullah əl-Üzma Xamenei müasir şerdə dini və islami mərifətin dərinliyinin zəruriliyini vurğulayıblar.

İslam İnqilaıbnın Böyük Rəhbəri hazırkı dövrü fars dili şerinin yenidən çiçəklənməsi və yüksəlməsi dövrü sayıb və xatırladıblar: İslam İnqilabı maarif və hünəri xalq və ictimaiyyətin yazısına gətirdi.

İnqilab şerinin mentalitetini açıqlayan Həzrət Ayətullah əəl-Üzma Xamenei əlavə ediblər: Bu şer İslam İnqilabının dialoqu və dəyərlərinin təqdim olunmasında meydan oxuyur.

İslam İnqilabının Böyük Rəhbərinin bəyanatlarından öncə bir neçə şair əxlaqi, dini, siyasi, inqilab, islami oyanış və ictimai məzmunlu öz şerlərini oxuyublar.

 

 

  • Yazılıb
  • da (də) 2011 Aug 17