Tarix : 2011 Aug 17
Kod 24809

Rusiyada Ramazan ayının tədbirləri genişlənir

Rusiya Müftilər Şurasının rəhbəri mübarək Ramazan ayında İslam ölkələrində köməyə ehtiyacı olan insanlara müsəlmanların qayğı göstərməsini vacib sayıb
well/Aran agentliyi

Rusiya Müftilər Şurasının rəhbəri mübarək Ramazan ayında İslam ölkələrində köməyə ehtiyacı olan insanlara müsəlmanların qayğı göstərməsini vacib sayıb.

İRNA xəbər verir : Şeyx Ravil Eynəddin bazar ertəsi günü Moskvada " Ramazan xeyməsinin" açılışı mərasimində bu məqama toxunaraq deyib: Mübarək Ramazan ayı mərhəmət ayıdır.

İlahiyə məxsus olan bu ayda müsəlmanların İslam ölkələrində, o cümlədən Somali , Pakistan , Əfqanıstan , Liviya və Yəməndəki köməyə ehtiyaclı olan bacı-qardaşların qayğısına qalib onlara kömək etmələri zərurətdir.

Rusiyanın Ortodoks Kilsəsinin nümayəndəsi Bağda Sarov da Moskvada Ramazan xeyməsinin təşkilini İslam və sair dinlərin tərəfdarları arasında dostluq yaratmaq üçün əsas addım və yenilik sayaraq deyib: Rusiyanın Ortodoks Kilsəsi ölkənin İslam cəmiyyəti ilə yaxşı münasibətlərə önəm verir.

Rusiya Protestant xristianlarının Yepiskopu Segey Rixofski də bu məsələyə münasibət bildirərkən qeyd edib ki, müsəlmanlar oruc tutmaqla Ulu Tanriya bəndə olmaqda nümunə olduqlarını nümayiş etdirirlər.

  • Yazılıb
  • da (də) 2011 Aug 17