Tarix : 2011 Aug 17
Kod 24814

DEVAMM yeni həbslərdən ciddi narahatdır

DEVAMM-a (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinə) yevlaxlı ilahiyyatçılar Ramin Quliyevin və Samir Məmmədovun saxlanılması xəbəri daxil oldu
well/Aran agentliyi

 

Deyerler.org: DEVAMM-a (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinə) yevlaxlı ilahiyyatçılar Ramin Quliyevin və Samir Məmmədovun saxlanılması xəbəri daxil oldu. DEVAMM bu yeni həbslərdən böyük narahatçılığını ifadə edir və adıgedən şəxslərin təcili azad olması üçün çağırış edir.

DEVAMM əlaqədar qurumların nəzərinə bir daha çatdırır ki, dindar insanlara qarşı narkotik və silah mövzusunda ittihamlar son dərəcə üzüntülüdür və bunun hüquqi baxımdan özlüyündə pis presedent olması ilə yanaşı, Ramazan ayında edilməsi mənəvi nöqteyi-nəzərdən çox mənfi bir ovqat yaradır

DEVAMM nəzərə çatdırır ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobianın həbs edilən dindarlarla bağlı məsələni gündəmə gətirmək niyyətini müsbət dəyərləndirir və ümid ifadə edir ki, bu xoşməramlı missiya tezliklə öz effektli nəticələrini verəcəkdir.

Bununla yanaşı, DEVAMM jurnalistik camiənin islamazeri.az internet-qəzetinin baş redaktoru Ramin Bayramova həmrəylik nümayişini də təqdir edir və bu dəstəyin genişləndirilməsini məqsədəuyğun və zəruri hesab edir.

DEVAMM əlaqədar qurumlara müraciətlə, Həzrət Peyğəmbərin (s) mövludunda həbs edilənlər, AİP təmsilçiləri, hicab aksiyasında həbs edilənlər,  eləcə də Hacı Abgül Süleymanov, Hacı Ramin Bayramov, Kərbəlayi Arif Qəniyev, yeni saxlanılan Ramin Quliyev və Samir Məmmədov daxil olmaqla, bütün ilahiyyatçıların və dindarların təcili azad olunmasına çağırır.

  • Yazılıb
  • da (də) 2011 Aug 17