Tarix : 2011 Aug 17
Kod 24817

Azərbaycan da Somaliyə yardım edəcək

Elçin Əsgərov: ''Somaliyə yardım kampaniyasında valideynlərini itirmiş uşaqları övladlığa götürmək arzusunda olanlar var''
well/Aran agentliyi

 

Azərbaycan da Somalidə aclıq çəkən, ehtiyac içində olan insanlara yardımların təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına qoşulub.Dialoq və Əməkdaşlıq Uğrunda İslam Kofransı Gənclər Forumu Somalidəki insanlara yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya edəcək, onların yardım vəsaitlərinin qəbulu və çatdırılması prosesini mərkəzləşdirilmiş və şəffaf şəkildə həyata keçirəcək.

Forumun Avrasiya Beynəlxalq Şurasının sədri Elçin Əsgərov SalamNews-a bildirib ki, avqustun 11-dən başlanan kampaniya tez bir zamanda bəhrəsini verib: “Elə ilk gündən yüzlərlə insan təşkilata müraciət edərək yardım kampaniyasına qoşulmaq istədiklərini bildirib. Belə ki, kampaniyanin elə ilk günündə nağd 3 100 AZN, bank köçürməsi yolu isə 2500 AZN maliyyə vəsaiti toplanılıb. Müxtəlif səbəblərdən ofisə gələ bilməyən insanlar üçün xüsusi könüllü qrup yaradılıb ki, onlar vəsaitlərin qəbulunu elə yerindəcə həyata keçirəcəklər”.

E.Əsgərov deyib ki, kampaniya çərçivəsində Ramazan ayında bir neçə xeyriyyə iftarları da təşkil olunacaq. Bu iftar süfrələri zamanı toplanan vəsaitlər də kampaniyanın hesabına keçiriləcək.Toplanmış vəsaitlərinin ünvana çatdırılması müddətinə gəlincə, Şura sədri ilk köçürmənin avqustun 18-də baş tutacağını vurğulayıb: “Kampaniya avqustun 26-da yekunlaşdırılacaq. İlk köçürülmə avqustun 18-nə nəzərdə tutulur.

Kampaniya bitdikdən sonra qalan vəsaitlər köçürüləcək. Yardımlar təkcə maddi vəsaitlərlə məhdudlaşmır. Belə ki, müraciət edən Azərbaycan vətəndaşları arasında şəxsi vəsaiti hesabına könüllü qismində Somalidə yardımların paylanmasında iştirak etmək istəyənlər, hətta, valideynlərini itirmiş uşaqları övladlığa götürmək arzusunda olanlar var".

Qeyd edək ki, Somalidə aclıq çəkənlərə yardım əlini uzatmaq istəyənlər avqustun 26-dək ianələrini kampaniyanın aşağıdakı hesabına keçirə bilərlər.

 

İKGF Avrasiya Üzrə Regional MərkəzAzərbaycan Beynəlxalq Bankı Səbail filialı

HESAB No 33409019442412143209S.

W.I.F.T. KOD: IBAZAZ2X

KOD: 805551

VÖEN: 9900001881CORR.

ACC: 0137010002944

  • Yazılıb
  • da (də) 2011 Aug 17