Tarix : 2011 Aug 18
Kod 24819

Qüds Günü ərəfəsində Təbrizdə “Qüds gününün Qafqazda təsirlərinin araşdırılması” konfransı keçiri...

“Qüds gününün Qafqazda təsirlərinin araşdırılması” konfransı çərşənbə axşamı 23 avqustda Təbriz Humanitar Elmlər Universitetinin “Amfiteatr” salonunda keçiriləcəkdir
g/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

 

“Arannews”in məlumatına əsasən, konfransın katibi doktor Həsən Qulu jurnalistlərlə müsahibəsində imam Xomeyninin (rh) 1358-ci il 16 mordadda (h.ş.) mübarək Ramazan ayının son cümə gününü Qüds günü təyin etməsinə və bütün dünya müsəlmanlarını bu gündə islami həmrəyliyə çağırmasına bir daha işarə edərək dedi: “İmam Xomeyninin (rh) buyurduqlarına əsasən, Qüds Günü beynəlxalq bir gündür və məzlumların zalımlarla mübarizə günü hesab olur ”.
Cənab Həsən Qulu imamın “Qüds Günü məzlum millətlər öz talelərini aydınlaşdırmalı və zalım dövlətlər qarşısında öz varlıqlarını elan etməlidirlər”- nəzərinə işarə edərək, davam etdi: “Qüds Günü gərək müsəlmanlar hamılıqla öz varlıqlarını elan etsinlər və super güc ölkələri və onların əlaltılarını agah etsinlər”.

Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar İnsitutunun müdiri, İsrailin bəşəriyyətə düşmən olmasını və hər gün dünyanın bir məntəqəsinə, xüsusilə də strateji əhəmiyyətli Qafqaz regionuna nüfuzunu, problemlər yaratmasını açıqlayaraq, artırdı: “İslam Respublikasının banisinin qəti nəzərinə uyğun olaraq, İsrailin əlini bütün İslam ölkələrindən kəsməli və onların nökərlərini İslam məmləkətlərindən qovmalıyıq”.

Doktor Həsən Qulu islami oyanışın və Qüds Gününün Qafqazda təsirindən danışaraq dedi: “Qafqaz ölkələrində, xüsusilə də Azərbaycanda baş verən hadisələr, bir mühüm reallığı açıqlayır. O da budur ki, Qafqaz sakinləri, xüsusilə də Azərbaycan şiələri, imam Xomeyninin (rh) sionist rejiminin məhvinin lüzumu barədəki mesajını yaxşı başa düşmüş və bu yolda addım atırlar”.

“Qüds gününün Qafqazda təsirlərinin araşdırılması” konfransı katibi Gürcüstanın xristian dinli xalqının keçən il Qüds Günü keçirdiyi əzəmətli mitinqini və Bakı xalqının dövlət güc strukturlarının mane olmasına baxmayaraq, İsrail səfirliyi qarşısındakı etiraz aksiyasını, Qafqazda Qüds Gününün anılmasının əlamətlərindən olduğunu söylədi.

Qeyd edək ki, “Qüds gününün Qafqazda təsirlərinin araşdırılması” konfransı çərşənbə axşamı 23 avqustda Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar İnsitutunun vasitəsilə və İslamİnsan Hüquqları KomissiyasınınŞimal-Qərb ofisinin və İslam İnqilabıMədəni TədqiqatlarCəbhəsinin, habelə Şərqi Azərbaycan Televiziya və Radiosu Xaricə  Yayımları Şirkətinin iştirakı ilə Təbriz Humanitar Elmlər Universitetinin “Amfiteatr” salonunda keçiriləcəkdir.

  • Yazılıb
  • da (də) 2011 Aug 18