Tarix : 2011 Aug 18
Kod 24820

Sionist rejimin həbsxanalarında 20 il həbsdə olan fələstinli var

Fələstinli əsirlər Nazirliyinin statistika İdarəsi bildirib ki, 299 fələstinli 20 ildən çoxdur ki, sionist rejimin həbsxanalarında həbsdədirlər
well/Aran agentliyi

Fələstinli əsirlər Nazirliyinin statistika İdarəsi bildirib ki, 299 fələstinli 20 ildən çoxdur ki, sionist rejimin həbsxanalarında həbsdədirlər. Press Tv müxbirinin verdiyi məlumatlara əsasən, 299 nəfər Oslo müqaviləsindən öncə həbs ediliblər. Sionist rejim Fələstin Özünüidarə təşkilatının təsis edilməsindən sonra onları sərbəst buraxmaqdan imtina edib. Bu 299 nəfərdən 44 nəfəri 25 ildən çoxdur ki, sionist həbsxanalarının barmaqlıqları arxasında keçiriblər. Hal-hazırda 11 mindən çox fələstinli sionist rejim həbsxanalarında həbsdədir. Sionist rejim həbsxanalarının başçıları bu rejimi həbsxanalarında təhlükəsizliyi bərqərar etmək bəhanəsi ilə hörmətsizlik siyasətindən bəhrələnmək və təzyiq və işgəncə tətbiq etməkdə ittihamlandırılıblar. Sionist rejim məhbəslərində olan fələstinlilər daimi olaraq uzun müddətli fərdi kameralarda həbs edilmək , qəfil gecə hücumları və işgəncələrə məruz qalırlar. Sionist həbsxanaların başçıları həmçinin fələstinli siyasi məhbusları yuyunmaq , təmiz geyimlərə malik olmaq və ailə üzvləri ilə görüşmək kimi ilkin hüquqlardan məhrumdurlar. İşgəncəyə qarşı Ümumi Komitəsnin İnsan Haqları Qrupu 2010-cu il dekabrın sonlarında ifşa edibdir ki, sionist İsrail rejimi sistematik formada fələstinli məhbusları istintaqlar zamanı vəkilə malik olmaqdan məhrum edirlər. Bu insan haqları qrupunun sənədlərinə əsasən fələstinli məhbuslar uzun müddət üçün stullarla bağlanırlar, yuxudan məhrum edilirlər və hədə və işgəncəyə məruz qalırlar. Son illər ərzində yayımlanmış video kadrlarında Sionist əsgərlərin fələstinli məhbusların gözü və əllərini bağladıqları və onlardan sui- istifadə etdikləri ifşa edilib.         

  • Yazılıb
  • da (də) 2011 Aug 18