Tarix : 2011 Aug 18
Kod 24831

İSRAİL TÜRKİYƏDƏN ÜZR İSTƏMƏYƏCƏK

İsrailin baş naziri Benyamin Netanyahu “Mavi Mərmərə” hadisəsinə görə, Türkiyədən üzr istəməyəcək
well/Aran agentliyi

İsrailin baş naziri Benyamin Netanyahu “Mavi Mərmərə” hadisəsinə görə, Türkiyədən üzr istəməyəcək.

APA-nın verdiyi məlumata görə, ABŞ dövlət katibi Hillari Klinton ilə telefon danışığı aparan Netanyahu Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün bir çərçivə anlaşmasına niyyətli olmadıqlarını bildirib. İsrail baş naziri “Mavi Mərmərə” hadisəsini araşdıran BMT komissiyasının hesabatının yayılmasına da qarşı olmadıqlarını nəzərə çatdırıb. İsrail mətbuatının yazdığına görə, hesabat bazar ertəsi günü BMT baş katibi Pan Gi Muna təqdim olunacaq, daha sonra kütləvi informasiya vasitələrində yayımlanacaq.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 18