Tarix : 2011 Aug 20
Kod 24842

Apellyasiya şikayəti təmin olunmadı

Bu gün Bakı şəhər Apellyasiya məhkəməsində, həbs olunan dindarların məhkəmə prosesi keçirilib
well/Aran agentliyi

 

Faktxeber: Xəbər verdiyimiz kimi bu gün Bakı şəhər Apellyasiya məhkəməsində həbs olunan dindarların məhkəmə prosesi keçirilib. Məhkəmə ilə bağlı FaktXeber.com-a açıqlam verən AİP-in sədr müavini Arif Qəniyevin və ruhani alim Abgül Suleymanovun vəkili Anar Qasımov həmişə olduğu kimi bu dəfə də vəsatətlərinin təmin edilmədiklərini bildirdi.“Məhkəmə hakim Həsən Əhmədov və Vaqif Mursaqulovun sədrliyi ilə keçdi. Biz vəsadət qaldırdıq ki, həbs qətiimkan tədbiri ləğv olunsun. Bu dəfə də vəsadətimiz təmin olunmadı. Bundan sonra işin cinayət işinin gedişinə uyğun olaraq lazımı addımlar atacağıq.”, – deyə Anar Qasımov əlavə etdi.Qeyd edək ki, həbs olunan Arif Qəniyevin və Abgül Suleymanov şərlənərək CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi – 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) – ilə şübhəli ittiham olunurlar.

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 20