Tarix : 2011 Aug 20
Kod 24844

Ruhaniləri terrorda ittiham etmək İslamı terrorçu din kimi təqdim etməkdir - Hacı Zülfüqar

''Bu terror ittihamı həm millətimizin, həm də ümmətimizin mənafeyinin əleyhinədir
well/Aran agentliyi

 

"Bu terror ittihamı həm millətimizin, həm də ümmətimizin mənafeyinin əleyhinədir. Millətimizin ona görə ki, bütün ermənilər və onların himayədarları illər və əsirlərdir ki, Azərbaycan xalqını terrorçu xalq kimi tanıtmağa çalışır. Onlar bu niyyətlərini heç də gizlətmirlər. Açıq-aşkar beynəlxalq aləmdə bu fikirlərini səsləndirirlər. Hətta BMT səviyyəsində onun qəbulu üçün əllərindən gələni edirlər".

SalamNews–un məlumatına görə, bunu Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Quran hafizi Zülfüqar Mikayılzadə söyləyib.

O sözünü davam etdirərək deyib: “Fikrimcə, alimlərin terror əməli ilə ittiham olunması və təsdiqləınməsi düşmənimizin dəyirmanına su tökmək deyilmi? Bu, Azərbaycan xalqının düşməninə əsas verməsi kimi olmazmı? Şübhəsiz ki, ermənilərin olmayan əsasları içində əleyhimizə bu əsas ən güclü dəlil olacaq. Ümmətimizin əleyhinədir ona görə ki, müsəlmanların düşmənləri dünyada illərdir çalışır, onları terrorçu kimi tanıtdırsın. Xüsusilə 11 sentyabrdan sonra buna geniş vüsat verilib. Düşmən dünya xalqlarını inandırmaq üçün bəzi müsəlmanlardan istifadə edərək KİV vasitəsi ilə bunu bütün dünyaya yayır. Məhz bunun acı nəticəsidir ki, bu gün İraq, Əfqanıstan və başqa müsəlman ölkələri işğal olunublar. Hesab etmirsiz ki, bu ittiham ümmətmizin düşmənlərinə də əsas ola bilər? Düşünürük ki, bu ümmətimizin əleyhinə böyük bir təxribat ola bilər. Həmçinin Azərbaycan xalqına qarşı da bu bir təhqirdir. Ona görə ki, Azərbaycan xalqının əksəriyyəti şiə təriqətinə inanır. Bu halda şiələrin alimlərinin terrorla ittiham olunması Azərbaycan xalqının əksəriyyətinə başı aşağılıq gətirər. Şünki xalqın alimi terrorla ittiham olunursa, adi camaatı da tam terrorçu adlandırmaq olar. Bu, həmçinin İslam dininin, xüsusilə şiə təriqətinin təhrifi də hesab edilə bilər. Ona görə ki, İslam dinində və şiəlikdə terror məhvumu çox pis qəbul olunur. Müsəlmanları terrorla ittiham etmək bütövlükdə İslam dinini terrorçu din kimi təqdim etməkdir. Qeyri-İslami təriqətlərə gəldikdə isə, İslamın mövqeyi çox şəffaf və mıntiqlidir. Qurani-Kərimdə kitab əhli ilə mübahisəni belə ən gözəl üslubda aparılması təkid edilir (“Ənkəbut” surəsi, 46).

Danışıqda kobudluğa yol verməyən bir din terroru necə məqbul hesab edə bilər? Qurani-Kərimdə bütün dinlərin hüquqları öz əksini tapmışdır. Onun ən böyük icraçısı Əhli-beytdir (ə). Əhli-beyt (ə) hakimiyyətdə olduğu dövrdə bütün dinlərin və az saylı millətlərin hüquqlarını müdafiə və təmin edib. Əli (ə.s) hakimiyyəti dövründə xristian bir qadına haqsızlıq edilmişdi. İmam bunu eşitdikdə çox narahat olur, bunun üçün də bir xütbə oxuyur. O xütbədə bütün dinlərin hüquqlarını müdafiə olunmasını tələb edir, qadına qarşı haqsız davrananların cəzalanmasına göstəriş verir. Belə bir dini terrorda necə ittiham etmək olar? Hesab edirəm ki, bütün bu proses bizim əleyhimizə nəticələnə bilər”.

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 20