Tarix : 2011 Aug 20
Kod 24845

Sərhədsiz reportiyorlar jurnalisti müdafiə edəcəklər

Sərhədsiz Reportiyorlar Birliyinin Avropa və Mərkəzi Asiya Bürosunun rəhbəri Yohan Bir, Ramin Bayramovun müdafiəsi ilə bağlı lazım olacaq bütün işləri görəcəklərini bildirib
well/Aran agentliyi

Sərhədsiz Reportiyorlar Birliyinin Avropa və Mərkəzi Asiya Bürosunun rəhbəri Yohan Bir, Ramin Bayramovun müdafiəsi ilə bağlı lazım olacaq bütün işləri görəcəklərini bildirib.

Sərhədsiz Reportiyorlar Birliyinin Avropa və Mərkəzi Asiya Bürosunun rəhbəri Yohan Bir, bu gün Ramin Bayramovun vəkili Elçin Namazovla görüşüb. Bu barədə FaktXeber.com-a Ramin Bayramovun vəkili Elçin Namazov məlumat verib. Elçin Namazov həbs günüdən bu günə qədər baş vermiş bütün hüquq pozuntuları barədə nümayəndə heyətinin məlumatlandırıldığını bildirdi:

"Bu gün Sərhədsiz Reportoyorlar Birliyinin Avropa və Orta Asiya ölkələri üzrə rəhbəri Yohan Bir görüşüm oldu. Görüşdə məqsəd Ramin Bayramovun həbsi ilə bağlı idi. Onlar Ramin Bayramov barəsində məlumat toplamaq istəyirdilər. Həbsə qədər ki, proseslər, həbs zamanı baş verən qanunsuzluqlar barəsində məlumat götürdülər. Həmçinin nümayəndə heyəti ilə birgə narkotik və silaha dair olan sübutlarımızı müzakirə elədik. Eyni halda sonuncu məhkəmənin Ramin Bayramov barəsində qanunsuz olaraq çıxartdığı həbs qətiimkan tədbirinin qanunsuz olması barəsində də məlumat verildi. Demək olar ki, Ramin Bayramovun həbs olunan günündən bu günə qədər baş vermiş bütün qanun pozuntuları və müdafiə tərəfinin hədələnməsi barəsində nümayəndə heyəti məlumatlandırıldı. Qarşı tərəf bildirdi ki, məsələni daima diqqət də saxlayaraq Ramin Bayramovun müdafiəsi ilə bağlı lazım olan bütün tədbirləri görəcəyik. Həmçinin nümayəndə heyəti bildirdi ki, baş vermiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa müraciət edəcəklər."

Faktxeber 

  • Yazılıb
  • da (də) 2011 Aug 20