Tarix : 2011 Aug 20
Kod 24846

Qüds - müsəlmanların müqavimət günüdür

Tehranın cümə namazı xətibi Ümumdünya Qüds Gününü müsəlmanların qəsbkar sionist rejim qarşısında müqaviməti adlandırıb
well/Aran agentliyi

Tehranın cümə namazı xətibi Ümumdünya Qüds Gününü müsəlmanların qəsbkar sionist rejim qarşısında müqaviməti adlandırıb.

Tehranın cümə namazının xitabətçisi Ayətullah Əhməd Cənnəti hər il mübarək Ramazan ayının sonuncu cümə gününün Ümumdünya Qüds Günü adlandırılmasına dair İran İslam Respublikasının banisi İmam Xomeyni (rəh) tərəfindən atılan addıma toxunaraq deyib: Ümumdünya Qüds Günü bütün müsəlmanlar və digər azadlıqsevərlərin sionist rejim qarşısında dayandıqları gündür.

"Ümumdünya Qüds Gününün müraciəti xalqlar arasında anti-amerikan və anti-sionist ruhiyyəsini genişləndirib və beləliklə sionist rejim ən pis dövrünü yaşayır" -deyə Ayətullah Cənnəti bildirib.

Tehranın cümə namazının xitabətçisi Somalinin acınacaqlı vəziyyətinə toxunaraq bəzi qərb ölkələri və beynəlxalq təşkilatların Somalinin aclıqdan əziyyət çəkən əhalisi qarşısındakı etinasızlığını tənqid edib və islam ölkələrindən bu ölkə qarşısında etinasız qalmamalarını və müsəlman Somali xalqına kömək etmələrini istəyib.

Sözlərinin davamında İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu Pejak qruplaşması qarşısındakı uğurlu funksiyasını alqışlayan Ayətullah Cənnəti bildirib: Keşikçilər Korpusunun bu qruplaşma ünsürləri ilə qəti şəkildə davranması ilə İranın şimal-qərb sərhədlərinə stabillik və təhlükəsizlik hakim olub.

Tehranın cümə namazının xətibi habelə Misirin devrilmiş diktatroru Hüsnü Mübarəkin mühakimə olunmasına toxunaraq Ali Səud rejimi və Liviya diktatorunun repressiya siyasətini tənqid edib və deyib: Hüsnü Mübarəkin taleyi Ərəbistan və Liviya kimi müstəbid hakimləri gözləyir.

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 20