Tarix : 2011 Aug 20
Kod 24847

“Mən Hacı Mövsümün çıxışını dəstəkləyirəm”

Möhsün Səmədov Azərbaycanda davam edən İslamafobiyaya qarşı çıxış edib. Qanuna riayət etməyə çağırıb
well/Aran agentliyi

Möhsün Səmədov Azərbaycanda davam edən İslamafobiyaya qarşı çıxış edib. Qanuna riayət etməyə çağırıb. Özünə hörmət edən şəxs bunu başa düşməlidir. Mən Hacı Mövsümün çıxışını dəstəkləyirəm. Bizim fikrimiz birdir." Bunu bu gün avqustun 17-də Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayev vurğulayıb.

Hacı Vaqif İslam Partiyası üzvlərinə vurulan ittihamları da rədd edib : " Bizi terrorda ittiham edirsiniz. Azərbaycan İslam Partiyası həmişə terrorizmə qarşı olub. Biz terroru lənətləyirik. Mənim bu barədə nə qədər köşə yazılarım olub. Azərbaycan dindarları həmişə terrora qarşı çıxıblar, çünki terrorçunun milliyəti, dini olmur. Mən həmişə xalqıma xidmət etmişəm. Mənim partiyanın iclaslarına adam dəvət etməyimə gəlincə, bu, Vaqif Abdullayevin şəxsi işi yox, tutduğu vəzifə səlahiyyətləri idi. Mən insanları şəxsi istəyimə görə çağırmamışam, bu mənim vəzifə borcum idi. Mən vəzifəmi icra etmişəm. Baş Məclisə komitə sədrlərini dəvət etmək mənim vəzifəmdir."

Hacı Vaqif Abdullayev həmçinin hakimə üzünü tutaraq deyib : "Nə istəyirsiniz məndən. Mən qoca kişiyəm. 5 nəvəm var. Yaşlı və xəstə adamam. 50 cür dərmanım var. İki dəfə infarkt keçirmişəm. Dünyanın heç bir yerində belə şey görünməyib. Ölkənin ləyaqətli insanlarına terrorçu adı qoyula. Mən bu qoca yaşımda vuruşmağa hazıram. Bizim düşmənimiz ermənilərdir. Bu cür olmaz axı. Azərbaycanda hamı Hacı Mövsümü tanıyır. Hamı ondan nəsə öyrənməyə çalışırdı."

İslam Partiyasının sədr müavini vurğulayıb : " Biz hicab qadağasına qarşı çıxmışıq. Dini Etiqad Azadlığımızı tələb etmişik. Biz hakimiyyəti konstitusiyaya əməl etməyə dəvət etmişik."

Məhkəmədə hakimin "Mövsüm Səmədovun çıxışını eşitmisinizmi, orada cihada çağırışlar olubmu" sualına cavabında İslam Partiyasının Astara Təşkilatının Sədri də eyhamla belə demişdir : ""Cənab hakim kəskin çıxış dediniz. Biz həmişə belə çıxış etmişik."

Məhkəmədə ilahiyyatçı alimlər Fəramiz Abbasov isə ittihamları belə cavablandırıb : " Mənə saxta ittihamlar atırsınız. Mən bu suallara cavab verəndə əsəbiləşirəm. Silahı mənim həyətimə qoya bilməyiblər. Ona görə anamın həyətinə qoyublar. Məni gəlib elə apardılar ki, elə bil Bin Ladenəm. Ekspertlər deyirlər ki, silahlar istifadəyə yararlıdır. Amma mənbəsi barədə heç nə demirlər."

F.Abbasovun ifadəsi dinlənildikdən sonra prosesdə fasilə elan olundu. Fasilədən sonra iki vəkilin prosesdə iştirak etmədiyinə görə, hakim məhkəmə iclasını avqustun 19-da saat 10:00 təyin etdi.

 

 

 

 

 

8

QAT-ın Qadınlar Şurası ABŞ səfirinin vədlərinə inanmadığını bildirib

 

QAT mətbuat xidmətindən FaktXeber saytına bildirilib ki, ABŞ-ın Bakıdakı səfiri QAT Qadınlar Şurasının sədri Fəridə Əsgərovaya ünvanlanmış məktubda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Prezident Obama və dövlət katibi Hillari Klinton üçün ilkin prioritet kimi bilindirilib.

Metiyu Brayza həmçinin yazıb ki, buna görə də, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfiri olaraq mənim üçün də AQ məsələsinin sülh və ədalət yolu ilə həlli ilkin prioritet təşkil edir.

ABŞ səfirinin iddiasının yalan olduğuna əmin olan QAT Qadınlar Şurası səfir Metyu Brayzaya xitabən növbəti cavab məktubunda bəzi məsələlərə belə aydınlıq gətiriblər:

" 1.Siz cavab məktubunuzda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunuzu bildirirsiniz. Biz də bu yolun tərəfdarıyıq, lakin müraciətimizdə göstəririk ki, bu yolun mümkün olması üçün işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Siz bu məsələyə münasibət bildirimirsiniz. Biz bilmək istəyirik ki, nə üçün Liviyaya, Suriyaya, Belorusa, onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq olunur, amma işğalçı Ermənistana və onun terrorçu liderlərinə qarşı heç bir sanksiya tətbiq olunmur?

2.Siz deyirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ rəhbərliyi üçün prioritet təşkil edir. Amma biz reallıqda bunu müşahidə etmirik.

3.Biz bilmək istəyirik ki, göndərdiyimiz müraciət ABŞ prezidenti cənab Barak Obamaya çatdırılıbmı? Biz, Azərbaycan qadınları dünyanın ən demokratik ölkəsinin rəhbərindən müraciətimizə ədalətli və prinsipial cavab gözləyirik."

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 20