Sionist İsrailin əli Azərbaycandan kəsilsə Qarabağ problemi də tez bir zamanda öz həllini tapacaq
well/Aran agentliyi
Mehriban və bağışlayan Allahın adı ilə.
Bu mübarək günlərdə mömin insanların, ruhani qardaşlarımızın zalim hakimiyyət tərəfindən qanunsuz və həyasız şəkildə şərlənərək tutulmaqlarından İmam Zaman (ə.f) Ağaya şikayət edirəm. İnşaalah Allah-Təala İmam Zaman (ə.f) ağaya xatir şərlənərək həbs olunan qardaşlarımızı tezliklə izzət və başucalığı ilə azadlığa buraxsın.
İmam Həsən (ə) Müaviyəyə yazdığı məktuların birində belə buyurur: Sən elə fikirləşmə ki, Mən bu sülh müqaviləsini imzaladım və sənin zülmünün qabağında susacağam.
İmam Həsəni Müctəba (ə) Müaviyə ilə mübarizədə sülh eləmədi. O müharibədə sülh etdi. İmam Həsənin sülh müqaviləsi səbəb oldu ki, İmam Hüseynin (ə) qiyamı əmələ gəlsin.
Bizlər diqqətlə tarixə baxsaq görərik ki, Əhli-Beytin yolu mübarizə yolu olub. İmam Cəfəri Sadiq (ə) da müsəlmanları maarifləndirməklə məşğul olmasına baxmayaraq, mübarizəni kənara qoymamışdı..Əgər mübarizəni kənara qoysaydı İmamın evini 6 dəfə yandırmazdılar.
İmamlarımızın hamısı şəhiddir. Görürük ki, bütün Əhli beyt ən çətin vaxta, ən çətin dövranda belə mübarizəni dayandırmayıblar. İmam Əsğərinin (ə) əsgərlər arasında, nəzarətdə yaşamasına baxmayaraq o öz şiələrinə gizli təlimlər verirdi. Şiələr özləridə İmamdan təlim almaq üçün paltarlarını, qiyafələrini dəyişərək tərəvəz satmaq adı ilə, buğda satmaq adı ilə ağanın nökərinə yaxınlaşaraq ondan məktub alıb müsəlmanlara İmamın sözünü şatdırırdılar. Yəni ən çətin anda belə Əhli-Beyt mübarizəni davam etdirirdi.
Bu gün də biz ruhanilərin, dindarların vəzifəsidir ki, mübarizəni davam etdirərək dinindən müdafiə etsin.
Allah ən əziz bəndələrini, Əhli-Beyti yaratdı ki, din yolunda fəda olsunlar.
Allaha şükürlər olsun ki, Allah-Təala bu gün Azərbaycanda olan Quran-hicab məhbuslarını da həmin əziz bəndələrindən qərar verdi, onlar ləyaqət tapdılar din yolunda həbs olunsunlar.
Tacikistana baxın, orada da bəzi məscidlər xarab edildi, 18 yaşından aşağı uşaqları məscidlərə getməyinə qadağa qoyuldu, azan səsi qadağan olundu, hicablı qızlar məktəbə buraxılmadı, amma dindarlardan bir nəfər də olsun zindana düşmədi. Bilirsiniz niyə? Ona görə ki, onlar ləyaqət tapmadılar ki, dinindən müdafiə etsinlər.
Allaha həmd olsun ki, bizim ləyaqətli ruhani və dindarlarımız dinindən müdafiə etdiyi üçün zindanlardadır.
Əlbəttə bizim məqsədimiz həbs olunmaq deyil, bizim məqsədimiz vəzifəyə gəlmək deyil, bizim məqsədimiz prezident kürsüsündə əyləşmək deyil, bizim məqsədimiz özümüzü tanıtdırmaq deyil. Bizim məqsədimiz Əhli-Beytdən dərs aldığımıza görə dinimizi müdafiə etməkdir. İndi bu yolda zindan da olsa, ölərək şəhadətə çatmaq da olsa biz bu yolda varıq. Şükürlər olsun bu gün bizim elə qardaşlarımız var ki, bu yolda axır damla qanlarına qədər hazırdılar mübarizə aparalar.
Azərbaycanda olan telekanallara baxanda Azərbaycan hakimiyyətinin Prezidenti islamdan danışır, islam süfrələrində iştirak edir, hətta islamın gözəlliyindən danışır, amma Azərbaycanda gedən islamafobiyaya göz yumur.
Azərbaycanda gedən islamafobiyaya hərə bir cür öz etirazını bildirdi. İmzalar, mitinqlər , ruhanilərin etirazları, konfranslar, partiya və təşkilatların bəyənatları.
Əgər prezidentin bu olanlardan xəbəri yoxdursa və ya bu olanları ona çatdırmırlarsa gərəkdir ki, biz çalışaq xəbəri necə olursa olsun ona çatdıraq.Yox əgər xəbəri var və xəbəri ola-ola bu cinayətlər baş verirsə, bilsinlər ki, bu münafiqlik və nifaq əlamətidir.
Mən çox təəssüf edirəm ki, bəzi qardaşlar hələ də mübarizə yolunu deyil, sükut yolunu seçiblər. Qoy hamı bilsin bizim mübarizə yolundan başqa dinimizi qoruya biləcək başqa bir yolumuz yoxdur.
Peyğəmbər və Əhli-Beytin bizlərə öyrətdiyinə görə biz axırıncı dəqiqəyəcən, saniyəcən dialoqa gedəcəyik. Necə ki, İmam Hüseyn (ə) məlun Ömər Sədlə axırıncı dəqiqələrəcən dialoqa getdi.
İmam Hüseyn (ə) hətta heç icazə vermədi ki, onun tərəfdarları düşmən tərəfə oxu birinci atsınlar.
Biz də hazırıq son dəqiqəyə qədər dialoqa gedərək bu problemlərin müsbət həllinə çalışaq. Əks təqdirdə biz qanımızla bu məsələni həll etməyə başlayacağıq.
Əsasən sizlərə onu qeyd etmək istəyirəm, bu məsələlər, bu özbaşınalıqlar ki, ölkədə baş alıb gedir, bunun arxasında Sionizm dayanıb.
İslam dünyasının içərisindən bu Sionizmin – İsrailin əli kəsilməsə, əl izi belə pozulmasa bu ixtilaflar öz həllini tapmayacaq. Bizlər gərək birinci növbədə çalışaq və Azərbaycan xalqına başa salaq ki, Azərbaycanın birinci düşməni Sionist İsraildir. Sionist İsrailin əli Azərbaycandan çəkilsə Qarabağ problemi də tez bir zamanda öz həllini tapacaq və Azərbaycan sağlam və möhkəm bir dövlətə çevriləcək.
İmam Xomeyni (r) imperialist ölkələr barəsində buyurub: Amerika böyük şeytandır, İngiltərə məkkar, hiyləgər, tülkü bir dövlətdir. Sionist İsrail isə dünyanın canında Xərçəng(rak) xəstəliyidir ki, kəsib atmasan sağalmaz.
Həmin bu Xərcəng xəstəliyi Azərbaycanda da var. İsrailin əli Azərbaycan kəsilməsə Azərbaycanda olan problemlər öz həllini tapmayacaq.
Həzrəti Əli (ə) buyurmuşdur: Zülmlə mübarizə aparın meydanda tək belə qalsanız.
Allaha and verirəm bu ayın əzəmətinə, bu ölkədən sionizmin əlini kəsməklə bütün bu problemləri tezliklə xeyirə həll etsin inşaalah.
Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh.
Höccətül İslam Tohid İbrahimbəyli.
Xeber44.com