Dünən Azərbaycan Respublikasında mübarək Ramazan ayının 19-cu gecəsində Qədir gecəsi keçirilib
well/Aran agentliyi
Dünən Azərbaycan Respublikasında mübarək Ramazan ayının 19-cu gecəsində Qədir gecəsi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının dindar kəsimi ilə bərabər hətta dindar olmayan müsəlmanlar da olub. Onlar da dindarlarla birlikdə, Coşən Kəbir duası oxuyub, Quran başa qoyub, dua edərək Allah Taaladan bağışlanmaq istəyiblər.
Qədir gecəsi münasibətilə Nardaran qəsəbəsində də camaat məscidə toplaşaraq Qədir gecəsi ilə bərabər Əmirəl Möminin Əlinin (ə) yaralanmasının ildönümü münasibətilə göz yaşı axıdıb, dua və ibadətlə məşğul olub.