Azərbaycan hakimiyyəti dindar təbəqəni, ruhani təbəqəni zindanlara və həbslərə salmaqla məşğuldur
well/Aran agentliyi
Bismillahirrəhmanirrəhim.
Yaşadığımız ay Quran ayıdır. Mübarək ramazan ayı Quranın bahar ayıdır. Bu bahar ayında mənsubiyyət və məqamından asılı olmayaraq Qurani Kərimdən gözəl surətdə bərələnmək hamı üçün labüddür.
Qurani-Kərimdə buyurulur: Allah O kəsdir ki, öz peyğəmbərlərini özü göndırir.
Allah –Təala başqa bir Quran ayəsində Peyğəmbərləri məhz bizləri hidayət etməkdən ötrü, bizə xeyir işlərə qarşı bəşarət və gördüyümüz xətalar müqabilində isə əzaba düçar olacağımızı bizlərə deməkdən ötrü göndərdiyini deyir..
Bu gün bütün dünya xalqlarının başı üzərində olan hakimiyyətlər özlərinin qazdıqları zülm quyusuna düşüb və düşməkdədilər. Tunis xalqının hakimi 30 ilə yaxın etdiyi zülmlərə görə özünün qazdığı zülm quyusunun içərisinə düşdü. Misir hökumətinin başçısı hələ də keşməkeşdədir. Yəmən, Bəhreyn və sair hökumətlər də qazdıqları quyulara düşüblər. Niyə? Sadəcə bir şeyə görə hidayət yolundan sapınıb başqa yola getdiklərinə görə.
Bizim hamımızın vəzifəsidir , insanlıq borcumuzdur, dindarlıq vəzifəmizdir ki, bir-birimizə öyüd və nəsihət verək.
Allah(c.c) buyurur: Sizlərdən ən yaxşısı sözü eşidib ən yaxşısına əməl edəndir.
Azərbaycan hakimiyyəti artıq bir ilə yaxındır ki, xuliqanlıq adı altında, narkamanlıq adı altında, narkotik maddələrin satışı adı altında, dövlət çevrilişi adı altında, silah daşıma, saxlama və satma adı altında islamfobiyanı aparıb dindar təbəqəni, ruhani təbəqəni zindanlara və həbslərə salmaqla məşğuldurlar.
Qurani Kərim bizlərə əmr edir: ”Ey ağıl sahibləri baxın özünüzdən öncəkilərə görün onların aqibəti necə oldu”.
Bin Əli, Hüsnü Mübarəkdə vaxtı ikən zülm edirdilər, onlar da bu işləri görürdülər. Sizin hələ indi gördüyünüz işləri onlar 30-40 il bundan qabaq görürdülər. Bəs onların sonu nə oldu. Özləri özlərinin qazdıqları quyuya düşdülər. Niyə fikirləşmirsiniz? Gərəkdir ki, fikirləşəsiz.
Peyğəmbər(s) buyurur: Hər kim mömin bir kişi və ya mömin bir qadın barəsində görmədiyi işlərə görə onlara töhmət vura “bir adam narkaman deyil, narkotik satıcısı deyil – ona bu ithamlarla töhmət vura. Silah daşıyan, satan deyil – ona silah satan töhmətini vura. Üsyankar deyil – ona üsyankar(adın onun üzərinə qoya) ittihamı ilə töhmət vura” Allah-Təala həmin şəxsi oddan düzəldilmiş bir təpənin üzərinədə saxlayar. Ta o zamana kimi ki, vurduqları töhmətlərin cavabını verə bilsin.Əgər verə bilsələr.
Bu həmin şəxslərin qiyamət günündə çəkə biləcəyi cəzadır. Amma bu dünyada isə onun əzab-əziyyəti nə olacaq bilinmir. Biz deyə bilərik ki, bu olanlar onların özlərinin uçuruma getməsidi. Bu bir təcrübədir ki, bizdən öncəkilər bunu görüb , bizlər görür və gələcəkdəkilər də görəcəklər. Zülm üzərində qurulan heç bir şey axıra qədər gedə bilməz.
Quranda deyilir: Hər kim özü xəta edə və yaxud cinayət edə sonra da öz etdiyi xətanı, günahı digər başqasının üzərinə yıxa “ deyə ki, budur narkotik satan, budur silah alverçisi, budur üsyankar, budur aranı qızışdıran, budur dövləti xalqla üzbəüz qoyan” öz adını başqasının üzərinə qoya allah buyurur bu adam böyük bir günah etmiş insandır və o şəxs açıq aşkar böyük bir günahı öz üzərində gəzdirir.
Sonda Həzrəti Peyğəmbərin rəvayəti ilə sözümə xitam vaerirəm.
Rəsuli Əkrəm buyurub: Bir an yalan və ədalətsiz hökm verən hakimin günahı Allah(c.c) yanında 90 il gecə-gündüz günah edən şəxsin günahından (həmin hakimin günahı) daha çoxdur və daha da pisdir.
Diqqət edin bir an yalan hökm verərək deyirlər – Bunlar milli qarşıdurmanı yaradan insanlardı, bunlar narkotik maddələrinin daşıyıcılarıdır. Allah(c.c) da buyurur: Həmin şəxsin günahı 90 il gecə-gündüz günah edən şəxsin günahından qat-qat pisdir.
Allah nahaq yerə zindanlarda yatan bütün Ruhani və dindarlarımızı tezliklə azadlığa çıxartsın inşaalah.
İlahiyatçı Nəsimi Əsgərov
Xeber44.com