Tarix : 2011 Aug 21
Kod 24869

“Ölkəni İlham Əliyevin idarə etmədiyini dünya da bilir”

Mahal İIsmayıloğlu: «Bu ölkəni ailəyə daha çox kapital gətirən oliqarxlar idarə edir
well/Aran agentliyi

Freedom House”un rəhbəri Devid Kramerin Azərbaycanla bağlı son müsahibəsində bir sıra diqqətçəkən məqamlar var. Onlardan biri də, Kramerin Azərbaycanı yarı-avtoritar dövlət adlandırmasıdır. Təşkilat rəhbəri fikrini belə əsaslandırıb ki, Azərbaycanda söz sahibi bir yox, bir neçə adamdır.

Bu, hökumət daxilində kiçik çevrədən ibarətdir. Hökumətdə başqa rəsmilər, məsələn, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də mühüm rol oynayır” - deyə, Kramer əlavə edib.

Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu hesab edir ki, artıq bütün dünya Azərbaycanın necə və kimlər tərəfindən idarə edildiyinə bələddir: “Azərbaycanda söz sahibinin kim olduğunu müəyyən etmək üçün kimin daha çox kapitala sahib olmasını bilmək lazımdır. Ölkədə ümumi bir korrupsiya karuseli var. Bu korrupsiya mühitindən yararlanaraq yerdəyişmə edirlər. Qabağa keçən də olur, geriyə düşən də”.

M.Ismayıloğlunun sözlərinə görə, Azərbaycanı Ilham Əliyev yox, ailəyə daha çox kapital gətirən oliqarxlar idarə edir: “Maraqlısı odur ki, çox vaxt biz dövlət başçısının hansısa qərarlar verməsindən danışırıq. Halbuki Azərbaycanın dövlət başçısı tərəfindən idarə olunmadığı, daha çox ailə iqtisadiyyatını idarə edənlər, ailə iqtisadiyyatına daha çox kapital gətirən oliqarxlar tərəfindən idarə olunduğu hər addımda hiss olunur”.

/news/Azadlıq

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Aug 21