Türkiyə ordusunun baş qərargahı ölkənin hərbi təyyarələrinin terrorçu PKK qruplaşmasının İraqın şimalında olan 228 bazasına hücum etdiyini bildirib
well/Aran agentliyi
Türkiyə ordusunun baş qərargahı ölkənin hərbi təyyarələrinin terrorçu PKK qruplaşmasının İraqın şimalında olan 228 bazasına hücum etdiyini bildirib.
Fars İnformasiya Agentliyinin Yeni Şafak qəzetinə istinadən verdiyi məlumatda deyilir:
Terrorçu PKK qruplaşması Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını genişləndirilməsi, xüsusilə də bu əməliyyatlar zamanı hərbçi və polis qüvvəsinin həlak olmasının ardınca, terrorçu qruplaşmanın Qəndil dağlarında olan 60 bazası və 168 mövqeyi Türkiyə ordusu artilleriya bölmələri tərəfindən bombardman edilib.
Türkiyə ordusunun terrorçu PKK üzvlərini susdurmaq məqsədilə bu ölkənin cənubundakı kürd sakinli məntəqələrə və İraqın şimalına hücumları belə bir suala səbəb olur ki, Ankara silahlı müxaliflərlə ağır müharibə təchizatlarından istifadə edə bilər, amma bunun qarşısında Suriya hökuməti silahlı terrorçulara qarşı heç bir addım ata bilməzmi?!
Türkiyənin kürd sakinli məntəqələrlə problemi orada yetərincə ümumi imkanların olmasına görə davam etməkdədir. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi tərəfindən bu məsələnin qabarıq şəkildə göstərilməsi müxalif kürdlərin geniş etirazlarına səbəb olub. Belə ki, Ankarada kürdlərin istəyini qəbul etmək məcburiyyəti yaratsın.
Bu arada sionist rejim ABŞ və AB tərəfindən maliyyələşdirilən PKK qruplaşması kimi terrorçu qruplaşmalar Türkiyənin şərq və cənub-şərqində olan şəhərlərdə geniş səviyyəli terror əməliyyatlarına əl atıblar. Lakin maraqlısı Türkiyə hakimiyyətinin terror xarakterli əməliyyatlara reaksiyasıdır.
Türkiyə ordusu dünən səhər PKK ünsürlərin hücumuna ölkə sərhədlərində və sərhəddən kənar qiyamçıların silahlı cavabını verdi. Onlar 24 əməliyyatda 12 nəfər PKK rəhbərinin həbsinə nail oldu.
Türkiyənin təhlükəsizlik qüvvələri bu əməliyyatı ölkənin bir neçə şəhərində, o cümlədən Tucali, Hakari, Şırnak, Diyarbakır və bir neçə kürd sakinli şəhərlərdə həyata keçirib. Bu ölkə ordusu baş qərargahı tərəfindən yayılan bəyanata görə bu qarşıdurmalar zamanı bir neçə nəfər də yaralanıb. Digər tərəfdən Türkiyə ordusu quru qüvvələrinin əməliyyatı ilə birlikdə hava qüvvələri da İraqın Kürdüstan sakinli məntəqələrində hücum edib. Bu hücumda isə PKK-nın ehtimal olunan bazaları hədəfə alınmışdı.
Daxil olan məlumatlara əsasən, Türkiyə ordusu F-16 tipli qırıcı-bombardmançı təyyarəsi ilə İraqın şimalında PKK-nın 228 mövqeyi və Qəndil yüksəkliklərini bombalayıb.
Bu hücumlarla bağlı məsələnin üzərində dayanmaq lazımdır ki, terrorçu PKK-nın birinci əməliyyatı qarşısında minlərlə hərbçi, o cümlədən ölkənin cənubu və İraqın şimal sərhədinin bombalamaq üçün Rəcəb Tayyib Ərdoğan hansı fikirlə Bəşar Əsəd və Suriya hakimiyyətini terrorla mübarizədən əl çəkməsini istəyir?!
Şübhəsiz, Türkiyə bu qarşıdurmada heç bir ölkəyə özünün daxili məsələlərinə müdaxilə icazəsi vermir. Belə bir halda türk rəsmiləri və başqa dövlətlərə, həmçinin Suriyanın belə bir hüquqa sahib olmasını qəbul etməlidir. Ümumilikdə, Türkiyə daxilində baş verən bu hadisələr Suriyadakı hadisələrə bənzəyir. Ona görə də Ankara rəsmiləri bu məsələ qarşısında ayıq-sayıq olmalıdır ki, Suriya və Türkiyə hadisələrinin arxasında ABŞ, AB və sionist rejim dayanır. Bu səbəbdən də məntəqədə yaranan vəziyyətdə islam ölkələrinin regiondan kənar qüvvələr tərəfindən göstərilən təzyiqlər qarşısında vəhdəti qorumaları lazımdır.