Tarix : 2011 Aug 22
Kod 24885

Bakının arxasında Ağ Evin qara kölgəsi

Dindarlara qarşı “əsrin şəri” sayıla biləcək əməliyyatların ardınca ABŞ-dan Bakıya dəstək gəldi
g/Aran xəbər agentliyi

 

Dindarlara qarşı “əsrin şəri” sayıla biləcək əməliyyatların ardınca ABŞ-dan Bakıya dəstək gəldi. ABŞ Dövlət Departamenti 2010-cu ildə dünyada terrorizmə qarşı mübarizəyə dair illik hesabatını açıqlayıb. SİA-nın xəbərinə görə, Azərbaycana həsr olunan bölmədə deyilir ki, ölkə Qafqaz vasitəsilə adamları, pul və materialları keçirməyə cəhd göstərən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparır. Terror fəaliyyətinin məhdudlaşdırılmasında müəyyən uğurlar əldə olunub. Hüquq-mühafizə orqanları ölkədə fəaliyyət göstərən terrorçu qrupların təqib olunmasını davam etdirir.
Hesabatda həmçinin bildirilir ki, Azərbaycan hökuməti çirkli pulların yuyulması və terrorizmə qarşı mübarizənin maliyyələşdirilməsi haqqında qanun tətbiq edir: “Maliyyə kəşfiyyatı qurumu yaradılıb. Oktyabrda Mərkəzi Bank bu sahədə beynəlxalq standartları qəbul edib və işlərin yaxşılaşdırılması üzrə planı Avropa Şurasına təqdim edib. ABŞ bu istiqamətdə fəaliyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycanla əməkdaşlıq edir. Sentyabrda Azərbaycan və Rusiya dövlət sərhədlərinin demarkasiyası haqqında saziş imzalayıb. Noyabrın 18-də Azərbaycan qaçaqmalçılıq, narkobiznes, mütəşəkkil cinayətkarlıq və terrorizmə qarşı mübarizə məqsədilə Xəzəryanı ölkələrlə təhlükəsizlik üzrə saziş imzalayıb”.

  • Yazılıb
  • da (də) 2011 Aug 22