Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var
well/Aran agentliyi
Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkib.
1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğala məruz qalan Füzuli rayonunun 139 min nəfər əhalisi və 1386 kvadrat kilometr ərazisi olub. Rayonun 71 kəndindən bu gün cəmi 22-si azad olunub. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Fizuli min şəhid verib. Hazırda rayonun işğaldan azad olunan ərazisində 54 min əhali yaşayır.
Həmin gün işğal edilən Cəbrayıl rayonu isə hələ də erməni tapdağı altındadır. Rayonun əhalisi 61 min nəfər, ərazisi 1091 kvadratkilometrdir. İşğal zamanı 351 cəbrayıllı qəhrəmancasına şəhid olub ki, onlardan 5-i Milli Qəhrəman adına layiq görülüb.
Döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb. Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. Artıq 14 ildir ki, cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar.