well/Aran agentliyi
Seyyid Mübariz haqqında şeyir
Çox batmışıq qat-qat olan günaha
Ümidimiz varmı görən sabaha?
Oyatdı yatmış qəlbləri bir daha
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Ramil Səfərov bir məktəb yaratdı
Çox heyf ömürlük zindanda yatdı
İlk şagird olmaq şərəfinə çatdı
Şəhidlik adını o yazdı dərsə
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Vətəni qorumaqçün düşdü yola
Dərin bir eşqidir ol eşqi mövla
Bir şəhadət məktəbidir Kərbəla
Gəl sən də çıx bu meydana bu düzə
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Düşmənin üstünə mərdanə keçdi
Ən şərəfli yolu dünyada seçdi
Şəhadət şərbətin nə gözəl içdi
Çünki o almışdı hər şeyi gözə
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Qayıda bilərdi geri yenidən
O, ki, ayrı deyildi kamil dindən
Kişilik dərsini alıb Hüseydən
Dönük çıxardımı verdiyi sözə?
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Əməlində vardı Quran, islam, din
Məktub yazdın, qisas almağa getdin
Son anında nəyi vəsiyyət etdin?
Diqqət eyləyin ibadətinizə
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Görən hansı eşqdir eşqi şəhidin
Bu dünyəvi eşqdir, yoxsa eşqi din
Şücaətinə bax Əhməd, Fəridin
Diqqət et saldığı o dərin izə
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Bir cüt göz baxırdı nisgil yollara
Sanki güc verirdi, gücsüz qollara
Vətən qucaq açır mərd oğullara
Dayanıb düşmənlə indi üz-üzə
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Kişinin torpağı yadlarda olmaz
Bu qədər səbirlə kasalar dolmaz?
Ey şəhidlər qanınız yerdə qalmaz
Bu Orxandan ərməğan olsun sizə
Hüseyn məktəbini qaytardı bizə
Əhsən, əhsən de seyyid Mübarizə
Islamazeri