Tarix : 2011 Aug 23
Kod 24902

Azərbaycan Ordusunun yüksək rütbəli zabiti rüşvətə görə həbs edilib

Azərbaycan Ordusunun yüksək rütbəli zabiti həbs olunub. Bu barədə APA-ya Gəncə Hərbi Məhkəməsindən məlumat verilib
well/Aran agentliyi

Azərbaycan Ordusunun yüksək rütbəli zabiti həbs olunub. Bu barədə APA-ya Gəncə Hərbi Məhkəməsindən məlumat verilib.

Məlumata görə, Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsinin mayoru Emin Heydərov korrupsiyada ittiham olunur. Onun barəsində Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

 

  • Yazılıb
  • da (də) 2011 Aug 23